We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Daxilimizdə olan mənəvi rezervuarları doldurmaq fürsəti

5 0 13
friday

Cümə söhbətləri

Bismilləhir-Rahmənir-Rahim!

Allaha həmd olsun ki, bizlərə belə gözəl mənəvi üçaylığa – Rəcəb, Şaban, Ramazan aylarına daxil olmağı nəsib edib. Allahdan istəyimiz budur ki, bu ayın içərisində olan bütün imkanlardan, əmin-amanlıqdan, imandan, salamatlıqdan, İslamdan nə varsa hallarımıza aid etsin!

Allah Təala Rəcəb ayı və Şəban ayında olan bərəkətlərdən layiqincə bəhrələnməyi, mübarək Ramazan ayına ən ali şəkildə daxil olmağı nəsib etsin!

Dünya bətninin içərisində xüsusi təkamül bətnləri

Rəcəb ayı – gözəl bir aydır. Həsrətində olunmalı bir aydır. Xoş olsun halımıza ki, belə bir ayı tanıyırıq və Allahdan ləyaqət və tutum istəyirik ki, ayın imkanlarından bəhrələnək.

Biz ömrümüzü yaşayırıq və fərqli zamanlarda fərqli-fərqli məsuliyyətlərimiz olur. Vaxt və zaman da – baxmayaraq ki, kəmiyyət baxımından, riyazi baxımından eynidir, səhərin saatı da altmış dəqiqədir, axşamın saatı da altmış dəqiqədir – amma keyfiyyətləri fərqlidir.

Saatın da, zamanın da kəmiyyəti riyazi baxımından eyni olsa da, keyfiyyətinə görə fərqlidir. Cümə gününün zamanı digər günlərdən keyfiyyət baxımından fərqlənir.

Ötən bəhlərimizdə onu da vurğuladıq ki, biz düz yoldan ayrılarkən, xəta edərkən oraya qayıtmaq üçün üç yol var. Əxlaq ustadları tövsiyə edir ki, ən azı üç yoldan istifadə etməklə geri qayıtmaq mümkündür.

Bunlardan biri – zamanın bətninə daxil olmaqdır. Zamanın bətninə daxil olaraq, yaxşı təkamül edərək, yeni bir halda dünyaya gəlmək mümkündür.

Digəri məkan – bətnidir. İnsan üçün xüsusi məkanlar var ki, oraya daxil ola bilər, oranın potensialı var ki, insanı ən aciz haldan ən ali hala qədər yetişdirə bilsin.

Üçüncü isə, mühit bətnidir. Yolundan tam azmış bir insan gəlib, yaxşı mühitə düşüb, böyük təkamül keçə bilər.

Yalnız bu ömürdə ola biləcək işlər var

Biz hal-hazırda ümumi anlamda ikinci bətndə yaşayırıq. Birincisi – ana bətnində doqquz ay yaşamışıq və dünyaya gəlmişik.

İndi bu dünyada ömür sürürük. Bu həyatımız – ikinci bətndir ki, yaşayırıq.

Bundan sonra, bu dünyada həyatımız sona yetəcək və bundan sonra yenidən dünyaya gələcək, əbədiyyət bətninə daxil olacağıq. Necə ki, bu dünya bətni ana bətnindən üstündür və orada bəlli təkamül keçməliyik ki, buradan daha çox bəhrələnə bilək – əbədi həyat da buradan üstündür, amma gərək burada məlum təkamül keçək ki, orada bəhrələnə bilək.

Necə ki, ana bətnində bəzi işlər var ki, yalnız orada ola bilər – göz, qulaq, barmaqlar, bədənin ən kiçik hissəsinə qədər ana bətnində inkişaf edir, bunların heç biri dünyaya gələndən sonra əmələ gəlmir – eləcə də bu dünyada elə işlər baş verir ki, yalnız bura ilə........

© Dəyərlər