We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

İnsanın bütün təzahürləri gözəl olmalıdır

4 0 33
12.01.2018

Cümə söhbətləri

Bismilləhir-Rahmənir-Rahim!

Bugünkü mövzumuzda zəmanənin ən aktual suallarından birinə toxunmaq istəyirik. Belə ki, günümüzdə ən çox verilən suallardan biri budur ki, nə üçün ən mütərəqqi dünyagörüşünü əks etdirən, ən gözəl əxlaqı təlqin edən, böyük simalarla: Həzrət Peyğəmbərlə (s), Həzrət Əli (ə) ilə, Xanım Zəhra (s.ə.) ilə, İmam Həsən (ə) və İmam Hüseyn (ə) ilə səciyyələnən bir din, bir mübarək təlim dünyada, toplumlarda kifayət qədər geniş təşəkkül tapmamışdır? Bunun səbəbləri nədir?

Bu sualın bir çox cavabları vardır, lakin biz bu gün diqqətimizi əsas cavaba yönəltməyə çalışacağıq.

Məfkurənin toplumda tutduğu yeri, onun ardıcılları müəyyən edir

Toxunulan sualın cavabında deyirik ki, bəli, əlbəttə ki, dinimiz çox gözəldir. Bəli, Peyğəmbərimizin (s), Əhli-Beytinin (ə) tayı-bərabəri yoxdur. Bəşəriyyətin çata biləcəyi ən yüksək mərtəbələr – İslam dinindədir. Amma, bu dinin daşıyıcıları əqidələrinə sadiq olmasalar, inanclarına sahib çıxmasalar, İslam dini insanlar arasında, toplumlar içərisində, zaman və məkanlarda necə öz yüksək yerini tuta bilər?

Misal dalınca uzağa getməyə lüzum yoxdur: əgər toplumumzdakı möminlər Rəcəb ayının, Şəban ayının, Ramazan ayının, Zilhiccə ayının digər mübarək ayların fəzilətlərini özləri yaşatmasa, bu ayın nemətlərindən bəhrələnməsə, necə ola bilər ki, onlar bu dəyərləri toplumda yaya bilsinlər, insanlara təbliğ edə bilsinlər?

Yaxud əgər inanclı insanlar zülmü ifşa etməsə, haqqın tərəfində olmasa, onlar digər insanları cəmiyyətdə İlahi dəyərləri yaşatmağa necə dəvət edə bilərlər? Amma əgər inanclı insanın oturuşunda-duruşunda, rəftarında, danışığında dinin tövsiyələri özünə yer tutubsa, bu zaman ətrafdakılar da İslamın gözəlliklərini görüb, tanıyıb, bəyənərlər – nəticədə riayət etməyə başlayarlar. İslamın gözəllikləri yalnız o zaman cəmiyyətdə özünə yer tuta bilər ki, onun daşıyıcıları bu gözəlliyi lazımınca dərk edib yaşatsınlar.

Beləliklə, İslamın bəşəriyyətdə özünə xas layiqli yeri tutmasının zəruri və kafi şərti məhz budur: bu əqidənin daşıyıcılığı iddiasında olan insanlar onun prinsiplərini yaşatmalı, həqiqətdə Peyğəmbər (s) və Əhli-Beytinin (ə) mübarək yolunun yolçuları olmalıdrlar.

Tərəqqi İslamın mahiyyətini təşkil edir

İslamı yaşadan – hər bir zaman və məkanda onu həqiqətdə qəbul edən, onu daşıyan, dəstəkləyən insanların həqiqi imanıdır. Söhbət fanatizmdən getmir və gedə də bilməz. İslam fanatizmi rədd edir. İslam rasionallıq, fəlsəfə və məntiq üzərində bərqərar olunmuş bir İlahi təlimdir. İslamı qəbul edən gözəlliyi qəbul edir. Gözəllik İslamın zatındadır. Odur ki, İslama qovuşan bu gözəlliyə qovuşur, İlahi məhəbbət onun ətinə, qanına, canına hopur. Bu məhəbbət, bu gözəllik onun hərəkətlərini, əməllərini müəyyənləşdirir – gözəlliyi cəzb və çirkinlikləri dəf edir həqiqi iman əhli.

Odur ki, yapışdıra bilmirlər İslamımıza binladenləri,........

© Dəyərlər