We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Yalançı dolma nou-haosu

18 0 21
10.01.2017

Bu günlərdə maraqlı bir video-çarxa baxdım. Video, dünyada əgər heç kimin ət yemədiyi təqdirdə nələrin olacağı haqqında olan araşdırmalardan ibarət idi. Həmin araşdırmada bir çox mətləblər açılırdı. Məsələn, bütün planetdə əgər heç kim ət yeməsə, birinci, heyvanların sayı kəskin şəkildə arta bilər, sonra, heyvanlar da ət yeməsələr, onda ölmüş cəsədlər hər tərəfi doldurar və nəticədə amansız xəstəliklər və epidemiyalar baş alıb gedər. Bunun kimi neçə-neçə, ət yeyilmədiyi təqdirdə ortaya çıxacaq nəticələr göstərilirdi...

Elə bu videonun haqqında düşünməyə yenicə başlamışdıq ki, ətin qiyməti 10 manata qalxdı (əvvəllər 8 manatdan satılan yerlərdə. Təbii ki, daha baha satılan dükanlarda isə yəqin ki, 10 manatdan da bahadır). Onsuz da axır illərdə camaat o dərəcədə cox da ət alıb yeyə bilmirdi. Kilosu ətdən iki dəfə az olan broyler toyuqları ətə olan təlabatın bir xeyli hissəsini əhatə edirdi. Bu hələ ətin bugünkündən ucuz olan vaxtlarında artıq baş verirdi. İndi, yəqin ki, daha da artacaq...

Belə baxanda, toyuq qətiyyən pis qida deyil, özünəməxsus dadı-tamı var. Amma nə qədər də olsa toyuq əti toyuq ətidir, mal ətinin isə özünəməxsus yeri var. Məsələn, dolmanı və küftə-bozbaşı əgər hər iki ətdən bişirsək, mal əti ilə ərsəyə gələn yemək daha dadlı olacaq. Toyuq ətindən də küftə olar?

Amma, toyuq var, toyuq var da, heç olmasa yediyimiz toyuq ola... Arxası üstə sarı plastik boşqablara uzadılmış toyuqlara fikir verəndə, az qala təbiətin harmoniyasının çox kobudcasına pozulduğunun şahidi olurıq... O boyda hündür, ətli sinəyə uyğun olmayan kiçik ayaqlar... Sanki xırdaca bir toyuqu şişirdiblər elə bil. “Elə bil” yazdım. Çünki, dəqiq bilmirəm. Əldə sınan sümüklər, əl ilə ortadan bölünən onurğa. Hətta, arıq bir həyət toyuğunun sümüyünü əlimizlə qıra bilmərik, bəs necə olur bu köklükdə toyuğu əlimizlə şaqqalaya bilirik? Əgər bir gün, dağa-meşəyə piknikə gedəndə yadımızdan çıxsa və bıçağı evdə unutsaq, toyuq kababı edəcəyiksə, narahatçılığa........

© Dəyərlər