We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Şüurlara yeridilən xəstə təfəkkür tərzi...

20 0 7
15.02.2017

Hər bir xalqın özünəməxsus təfəkkür tərzi var. Şübhəsiz, bu təfəkkür tərzi Qərbdə bir cürdür, Şərqdə isə tamailə başqa cür. Amma bir çox məsələlər və dəyərlər dünyanın bir çox yerində təxmini elə bir-birinə oxşar vəziyyətdədir.

Xalqın təfəkkür tərzi deyəndə, kimlərsə xalqı mənfi təfəkkürə malikmiş kimi göstərmək istəyir və ya xalqın təfəkkür tərzi geridəqalmışlığın nümunəsi kimi tədim etmək istənilir. Mən bu fikirlərlə qətiyyən razı deyiləm. Deməzdim ki, xalqın təfəkkür tərzi geridə qalıb və s. Əksinə, xalqımız əsrlərlə öz dəyərlərinə sahib çıxmış bir xalqdır və təfəkkür tərzi də həmişə normal və mütərəqqi olub.

Amma son illərdə, həmin bu normal təfəkkür tərzinə sanki, qıraqdan yeridilən viruslar, bir neçə on ildən sonra təəssüf ki, öz acı nəticəsini göstərməyə başladı. Hər şey efirlərdən başladı. Həmin o peyk antennaları təkcə evlərimizə girmədi, həm də milli təfəkkür tərzimizin içərisinə daxil oldu. Müsbət tərəfləri olmaqla yanaşı, bizim dünyagörüşümüzə, milli-mənəvi dəyərlərimizə tamamilə zidd olan bir həyat tərzi bizə göstərildi. Rahat qəbul etməyimizin səbəbi isə, bunu bizə təqdim edənlərin ingilis, fransız deyil, bizim dildaşımız və dindaşımız olan xalqın təqdim etməyi idi. Bəlkə də, həmin bu telekanallara on il baxandan sonra mən orada hicablı insanların da yaşadığını, hələ üstəlik əhalisinin əsas hissəsinin islami hicaba riayət elədiyini bildim. Amma əvvəllər elə bilirdim ki, o ölkənin bütün əhalisi bütün günü televizorda göstərdikləri kimi, eyş-işrət içində yaşayır...

Beləcə illər keçdi və təkcə artıq bir ölkədən deyil, ətrafımızdakı bütün ölkələrdən yayımlanan verilişlər yavaş-yavaş zehnimizə yerləşdi. Əvvəllər qəbul etmədiyimiz, ayıbdır dediyimiz mövzular, xalqın təfəkküründə normaya çevrildi. “Dövr dəyişib, ayaqlaşmaq lazımdır” deyə-deyə, Qərbin hər cür zir-zibilini evimizin yuxarı başına qədər gətirib çıxartdıq...

Sonra bir də, həmin bu tullantıları zehnimizə güclə sırımağa çalışan insanlar peyda oldu. Özü də sapı özümüzdən olan baltalar. Onlar necə olursa-olsun, xalqın zehninə yerləşdirməyə çalışdılar ki, geyim önəmli deyil, kim nə ilə istəyirsə küçəyə çıxa bilər, insanlar öz cinsiyyətlərini özləri seçməkdə azaddırlar, bir........

© Dəyərlər