We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Trampın Rusiya casusu olması iddiası – absurdun pik nöqtəsidir

20 0 0
10.01.2017

Son bir ayda KİV-lərdə Trampın prezident olmasına Rusiya prezidenti Vladimir Putinin kömək etməsi, Trampın komandasında Putinin yaxın dostunun olması və sair məlumatlar öz əksini tapmaqdadır. Bu günlərdə də Trampın Rusiya casusu olması məlumatı yer almışdır. Bu iddia – lap absurdun son həddidir. Bu qədər çətindir anlamaq ki, bu, ABŞ-ın növbəti “gözdən pərdə asmasıdır”. Barak Obama prezident seçildiyi ərəfədə məlumatlar yaymışdılar ki, o, müsəlmandır və bu məlumatları yaymaqla hesablamışdılar ki, müsəlman aləmini ümidli edəcəkdir ki, “müsəlman” prezident gəlsə, müsəlman aləmi üçün hər şey yaxşı olacaq. Çünki o vaxt artıq ABŞ dünya ictimayyətinin, xüsusən də müsəlman aləmin qınağının pik nöqtəsində idi. İndi də Trampın Rusiya casusu olması ilə bağlı məlumatları yaymaqda kim bilir nədir məqsədləri və nələri hesablamışdılar.

Amma bu da sir deyil ki, ABŞ 50-illik planlama edib və planla hərəkət edən bir ölkədir. Və onun planı da a, b, c, d... və sairlərdən ibarətdir. A planı yaramayanda b planına keçir, b planı köhnələndə digərinə keçir. Və həmişə maraqlıdır ki, öz cinayətlərini kiminsə üzərinə atsın. Demək ki, anlaşılan budur ki, Trampın prezident seçilməsidə çoxdan nəzərdə tutulmuşdur. Sadəcə bu gün ictimayyətə elə təqdim edirlər ki, guya Trampın seçilməsinə Putin kömək edib və sair. Bu yanlış və çaşdırıcı məlumatların yayılmasında məqsədlərdən biri budur ki, Tramp prezidentliyi dövründə nə cinayətlər edəcəksə, sonra atacaqlar Putinin üstünə ki, onun dostudur buna görə bu cinayətlər baş verib və sair. Təbii ki, başqa səbəblər də var, bu da zaman-zaman ortaya çıxacaqdır.

Putinin ABŞ-ın prezident seçkilərinə öz dostunu təyin etməsi və bu proseslərə nəzarət etməsi iddiası o zaman ağlabatan olardı ki, birinci növbədə........

© Dəyərlər