We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Göy balina

10 0 388
16.02.2017

“Biz hamımız bilirik ki, incəsənət həqiqət deyil. Sənət böyük bir yalandır, amma onun sayəsində biz anlaya biləcəyimiz həddə qədər həqiqətə yaxınlaşa bilirik. Əsil sənətkar hamını öz yalanının həqiqiliyinə inandırmağı bacarmalıdır”.


Pablo Pikasso


İstərdin, göy balinan olsun? Mavi sularda nəhəng quyruğunu çırparaq suyu köpükləndirsin, iri dalğalar yaradıb sonra arasından sivişib keçsin. Onun üzdüyü sular ucu-bucağı görünməz olmalıdır. Yox, bu Xəzər dənizinin ifrazatlı bulanıq suları deyil, təmizliyindən göz qamaşan, dibindəki daşları seyr eləmək imkanı yaradan şəffaf sular olmalıdı. Özü də balinan göm-göy olsun. Niyə göy? Çünki göy balinalar olmur. Onu uydurmaq, xəyalında bəzəmək, istədiyin ölçü və görkəmə salmaq olar. Həm də balinalar yekə olur, adam onlara baxanda heyrətdən çənəsi düşür. Bu göy balina tam səninki olsa xoşbəxtliyini heç olmasa bir qırıq artıra bilər. Sən onunla birgə əlçatmaq yerlərə səyahət edə bilərsən. İstəsən geniş kürəyində özünü günə ver, ya üzgəcindən yapışıb üz. Yəni heç vaxt edə bilməyəcəyini elə. Boyunduruğunu heç olmasa bir qədər boşalda bilsən və bu arzuya inansan birlikdə üzərdik bir az...


Reallıqsa tamam başqadı, bunu mən də bilirəm. 2015-ci ildən bəri göy balina deyəndə bir çoxu diksinir. Həmin adda kompüter proqramı var və bu proqram yeniyetmə uşaqları intihara təhrik edir. Virus sürətilə artan proqramın administratoru sistemə daxil olan hər kəsə əvvəl yüngül tapşırıq verir. Adətən ilk tapşırıq bədənində ülgüclə balina şəkli çəkmək olur. Öhdəsindən gələnlərin hesabına pul köçürülür və ölüm oyunu başlayır. Tapşırıqlar “kafedə oğlanla tanış ol”dan tutmuş “dostunu öldür və sübutu bizə göndər”ə qədər böyük spektrdə paylaşılır. Bu oyunun yüzlərlə qurbanı var artıq. Şəbəkəsi o qədər geniş yayılıb ki, uşaq psixikası ilə oynayanların bir qrupunu tuturlarsa başqa tərəfdən göbələk kimi mini peyda olur və özünüməhv maşını durmadan işləyir. Proqramın adı göy balina ona görə seçilib ki, balinalar özünü sahilə atmaqla bəzən səbəbsiz intihar edir. Proqramın xeşteqi #məni oyat, ya da #4.20 sayılır, çünki insanın özünü öldürmək qərarı verməklə ölümü arasında ən çoxu 4 dəqiqə 20 saniyə zamanı olur. Bu həddi keçənlər artıq özünə qəsd etmir. Bu xeşteqi sosial şəbəkədə yazan kimi canavarlar bir saniyəyə sənə cavab yazır. Problemi “Niyə uşaqlar özünə qəsd edir?!” kimi qoymaq məsələni qəlizləşdirir. Çünki sosial problemlər, cəmiyyət, ailə, filan, hamısı nəzərə alınmalıdır. Şəxsən mənsə düşünürəm ki, bu uşaqlar göy balina ilə arzular dünyasında üzməyi bacarmayanlardır.


Tərs kimi, 5-6 gün əvvəl 2017-ci il fevralın 10-da Yeni Zelandiya sahillərində 417 balina eyni vaxtda özünü sahilə atdı. Onları xilas etməyə yüzlərlə adam gəlsə də balinaların 70 faizi məhv oldu. Alimlər deyir ki, 1-2 balina təhlükə siqnalı verirsə o biriləri həmin səsə gəlib düşünmədən özlərini sahilə atır. Səbəbini dəqiq bilən yoxdu. Bir tərəfdə uşaqlar venalarının ülgücləyir, o biri tərəfdə xilas etməyə çalışan balinalar məhv olur. Paradoksdur...


Amma dünyanın başqa bir nöqtəsində göy balinalara məktub yazan uşaqlar da var. Uşaqlar üçün yazan Mak Barnetin “Billi Tviters və göy balinanın problemi” adlı ilk kitabında ad günündə göy balina hədiyyə almış uşaqdan danışılır. Balina “Ekspressolmayan” poçtla göndərilir. Uşaq balinanı evdə tək qoya bilmədiyindən özüylə məktəbə aparır və s. təbəssüm doğuran........

© Bizim Yol