We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

İlham Əliyev və komandası özünü təbrik edə bilər…

13 5 2051
10.01.2017

Zümrüd Yağmur

yagmurzumrud@gmail.com

Tale Bağırzadəyə açıq məktub…

Dəyərli Qardaşım…

Bir gün olacaq və o gün yəqin ki, fəxr, qürurla xatirələrimdə bu ölkədə tanıdığım işıqlı və duru insanlardan biri haqqında danışmaq, onu tərif etmək, yazıya sığışdırmaq üçün sözlər, ifadələr axtaracam. Əllərimi üzümə dayayıb dərin-dərin düşünüb sənin obrazını canlandırmaq, o məhkəmə salonundakı çıxışlarını sanki təkrar eşitmək üçün yaddaşımın ən təmiz, aydın hissəsinə gedib çıxmağa çalışacam. O illərin beynimdəki bulanıq, acı, xatırlamaq istəmədiyim, amma inadla da hər şeyin üstünə çıxmağa çalışan digər anılarını dəf edim “yazım”, deyəcəm.

Amma nə yazacamsa sanki hiss etdiklərimin yanında sönük qalacaq. Yaddaşımın ən kövrək yerində bir anı olacaq və mən də eyni kövrək halımla yəqin ki, qarşımdakı soyuq çaydan bir udum alıb sənə zəng edəcəyəm. “Xatirələrimi yazıram, sənin haqqında yazdığım hissə mənə sönük gəlur qardaşım” deyəcəm. Sən də zarafat edəcəksən ki, bacım yaşlanır deyəsən? Telefonun o biri ucundan səsini eşidib yatmış yaddaşımın oyanışı ilə tələsık səninlə sağollaşıb masamın başına keçəcəyəm.

2016- ci ildə, bəlkə bütün insanlara ümidim qırılmağına çox az qalmış bir zaman kəsiyində səni tanıdım… “Nardaran işi” adı ilə gedən məhkəmədə və ilk vaxtlardan formalaşan səmimi münasibətlərimiz sonra elə bir doğmalığa çevrildi ki, hətta məni 32 il sonra tapdığın bacın elan etdin. Sən də mənim 32 il sonra tapdığım qardaşım oldun. Bilogi deyil, heç özüm belə anlamadığım bir bağla, duyğu ilə bağlandım sənə qardaşım…

Sən və ordakı digər insanlar məhkəmə salonunu mübarizə meydanına çevirib ölümə meydan oxuyanda mən utanırdım. Çünki mən ölümə meydan oxuya bilmirdim. Siz məhkəmələrdə üsyan edəndə mən yenə utandım. Çünki sən Hüseyin davamçısı idinsə, mən Zeynəb deyildim. “Məni edam edin, gülə-gülə gedərəm” deyib şərə meydan oxuyandasa dünya mənim üçün çox böyük oldu, çox, sənin ruhundakı qüdrət və əmz qədər böyük…

İlk dəfədir “sən”lə müraciət edirəm, bizim bacı- qardaşlığımız necə deyərlər, “siz” də qalmışdı, amma bu gün içimdən belə gəldi. Əvvəl karıxdım, sonra düşündüm ki, niyə də olmasın, axı biz öz Allahımızla danışanda ona “sən”lə müraciət edirik. “Sən” sevgi və səmimiyyətin göstərgəsi idisə, niyə mən öz qardaşıma olan sevgimi “sən” ə köçürməyim?

Sənin 32 yaşın var, cəmi 32 iki… Amma bax, başını qaldır və bax… Az qala susuz səhraya........

© Azadliq