We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Poçtu dolduran məhkəmə-kredit məktubları

32 0 4
17.02.2017

Xaliq Bahadır

(Poçtumuz da yerli-yerində, Novruzəlimiz də)

Poçta getmişdim. Orta yaşlarda birisi əlindək məktubu yellədə-yellədə hakimiyəti, hakimiyət başında duranları söyüb-yağlaşdırırdı. Toxdayandan sonra məktubu o üz, bu üzə çevirdi, kimisə axtarırmış kimi çevrəsinə göz gəzdiridi, məktubu mənə uzadıb dedi:
– Mən latınca oxuya bilmirəm, siz bunu mənə oxuya bilərsiz?
– Hə, oxuyaram, ancaq latınca yox, latın qrafikasıyla.
Beş-altı cümləlik məktub məhkəmədən idi. İki yerdə “əmr” sözü işlənmişdi: məhkəmənin filan-filam nömrəli “əmrləri”.
Məktubdan bir şey anlamadığım üçün acığa bürünmüş, ayaq üstə alışıb-yanan yurddaşımızdan nə baş vediyini soruşdum. Demək, belə. Adam neçə il qabaqsa ailə sorunlarını çözmək üçün bankdan 800 dollar (özünün dediyinə görə, 800 dollar) kredit götürüb. Krediti bitirməyə lap az qalmış işini itirib. Bundan sonra, başqaları kimi, bank onu da durmadan yükləyib: faiz faiz üstə gəlib. Sonra da iş məhkəməlik olb. Dediyin görə, aylardır məhkəmə yolundadır; onu bank bir yandan sıxır, məhkəmə bir yandan. Məhkəmə də bank deyəni deyir: verməlisən, ödəməlisən. “Bilirəm, – deyir, – verməliyəm, ödəməliyəm, ancaq nəylə, necə? Dövlətim mənə iş yeri açmalıdı, mən də işləyib kredit borcumu ödəməliyəm”.
Məktub oxunub qurtarandan sonra adam üzümə üzgün-üzgün baxıb soruşdu: “İndi mən neynəyim: gedim belimə bomba bağlayıb bankı partladım, yoxsa başqaları kimi özümü asım öldürüm? – bir az duruxub doluxsunaraq dedi: – Evdə arvadım, oğlum, gəlinim, hamımız da işsiz. İşləyən bircə mən idim, məni də işsiz qoydular. Borc da durmadan artır…” Adama ürək-dirək verib ayrıldım.
Adam gözümün qabağındaca infarkt olmasın deyə, ona demədim: Azərbaycan yurddaşı olaraq sənin başqa dövlətlərə 9 milyard 7 milyon dollar borcun var. Adama bunu da demədim: İlham........

© Azadliq