We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Sınma nöqtəsi

13 0 24
15.02.2017

Səadət Cahangir

Bütün maddələr müəyyən nöqtədə halını dəyişə bilir. Bu dəyişmə daha çox mühitə bağlıdır. Soyuqdan, istidən, gərginlikdən, sıxılmadan, dartılmadan bir maddənin fərqli şəkilləri yarana bilər. Bu dəyişmə şəkilləri də çox halda onların əyilməsinə, çatlamasına, qırılmasına, sınmasına, əriməsinə, dağılmasına yol açar. Simvolik baxanda, insanlar da belədir. Hələ fərqli mühitlərə və vəziyyətlərə görə onlar daha tez haldan-hala düşürlər. Onların dəyişmə şəkilləri bəzən daha böyük dağılmalar yaradır. Həm də təkcə özünə deyil, böyük bir çevrəyə zərər vuracaq şəkildə…

Qış aylarında evimizin qarşısından axan kiçik çay kanalı donardı. Biz də məhlə uşaqları ilə səhərdən axşama kimi o donmuş çayın üstündə günün dadını çıxarardıq. Bəzən buzlar çatlayardı, sındığı zamanlar da olurdu. Amma qorxumuz yox idi. Bilirdik ki, kanala düşsək belə, səviyyə dizimizdən yuxarı qalxmayacaq. Bu gözəl uşaqlıq xatirəsini illər sonra da tez-tez xatırlamışam. Həm də adi bir xatirə kimi yox, illərin öyrətdiyi maraqlı bir dərs kimi. Müəyyən bir məqamda siz də öz dözüm dərəcənizi çevrənizdəki maddələrlə müqayisə etsəniz, qəribə fikirlər burulğanına düşmüş olarsınız. Amma bu burulğanda insan öz dirəniş dərəcəsini özü müəyyən edə bilər. Şüşə kimi kövrəksinizmi, polad kimi dayanıqlısınızmı, buna niyə özünüz qərar verməyəsiniz ki? Axı ağırlığımıza dözə........

© Azadliq