We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

ABŞ və İsrailin regionu titrədəcək – Planı

2 0 0
14.06.2018

Knesset - İsrailin qanunverici orqanı Yaxın Şərqin siyasi xəritəsini dəyişmək üçün konkret hərəkətə keçib. Parlamentin əsas partiyaları “müstəqil Kürdüstan” dövlətinin tanınmasını nəzərdə tutan layihəni müzakirəyə təqdim ediblər və görünən odur ki, hazırda hakimiyyətdə olan iki siyasi qüvvənin təşəbbüsü onların rəhbərlərinin prinsipial mövqeyindən irəli gəlir, cari maraqların məcmusu deyil və belədə sənədin qəbuluna şübhə yeri qalmır.

Baş nazir Benyamin Netanyahu və Müdafiə naziri Aviqdor Libermanın müvafiq olaraq, “Likud və İsrail - Bizim Ev” təşkilatları son bir ildə fəal şəkildə kürdlərin siyasi haqlarını qlobal-regional müstəviyə daşımağa çalışıblar və hazırkı cəhdlər də daxildə xal uğrunda yarışdan daha çox milli mənafelərə cavab verən strategiya təsiri bağışlayır.

Əslində, ötən ilin sentyabrında İraqın bölünməsinə xidmət edən müstəqillik referendumu bir çoxlarının nəzərində Suriyadakı məğlubiyyətin əvəzini kürd dövlətini qurmaqla çıxmağa çalışan Qərbin İŞİD erasının bitməsindən dolayı ehtiyat tədbiri sayıla bilərdi. Elə o zaman bir çoxlarının tərəddüdlü davranışlarına rəğmən Təl-Əviv xalq səsverməsinin nəticələrini tanımağa qalxdı. O biri yandan, Ağ Evdən verilən reaksiyalar İraq və Türkiyə hökumətini sakitləşdirməyə xidmət etsə də, o zamankı ABŞ Dövlət katibi Reks Tillersonun Məsud Bərzaniyə məxfi məktublarında peşmərgələrin Əsəd rejimi və terror əleyhinə mübarizələrinin yekununda ələ keçirdikləri ərazilərdə hansı bayrağı qaldırmaları açıq göstərilirdi. Deməli, ən azı iki güclü siyasi paytaxtın razılaşması olmadan kiminsə belə təhlükəli nəticələr doğuran separatizmə özbaşına əl atması mümkün deyildi. Qan tökməyin və islam mücahidləri ilə........

© axar