We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Şri-Lanka gözəlləməsi - Filli-pələngli Seylondan pürrəngi foto-reportaj

2 0 0
11.06.2018

Desəm, bəlkə də inanmayacaqsınız, amma düz sözümdü, inanın, təmiz ürəklə etiraf edirəm: indiyədək gəzdiyim şəhərlər içində, nə bilim, Paris, London, Nyu-York olsun, heç biri uşaq vaxtı Ağdamdan Bakıya elədiyim səfərlərin yerini verməyib!

Böyük şəhər dəlisi əyalət uşağında Bakı nağıllar dünyası idi. Karusel dolu sahil bulvarı, səs-küylü şəhər küçələri, qoşatelli trolleybus, zəhmli tramvay, əvvəl-əvvəl eskalatorundan qorxduğum metro, anlamadığım cürbəcür dildə, ləhcədə danışan uşaqlarla “sanka-sanka” oyunu, bibimgilin qapıqonşusu sarısaçlı gözəl qızın mənə ürkək baxışı - hansını deyim!

Hər belə səfərdən təzə çıxan maraqlı oyuncaqlarla, çanta dolusu kitab-dəftər, rəngli karandaş, flamaster filanla dönərdim. Bunların çoxunu bibim qızı bağışlayardı. Yaşca məndən böyük olsa da, uşaqlığımın ən simsar dostu idi o.

Bir dəfə onlarda üstündə müxtəlif ölkələrin, şəhərlərin şəkilləri olan bir qalaq açıqca gördüm. “Otkrıtka” deyirik, bax, ondan. Çox yerlərin açıqcası vardı, mən birini götürdüm. Üstünə “Şri-Lanka” yazılanı.

Bu qış Şri-Lankaya səfər üçün elektron viza blankını dolduranda o açıqca yaddaşımın illərin tozu basmış hücrəsindən boy verdi. Özümü həmin açıqcadakı fil üstündə buddist rahib kimi yox, elə o 8 yaşlı uşaq kimi hiss elədim.

Hovuzda okean səması

Sizi bilmirəm, mən o yerlərə səfəri xoşlayıram ki, həm özünü günə verib dincəlməyə, həm də sənə təzə bilgilər verəcək gəzib görməyə cəlbedici yerləri olsun. Siz də bu cür səyahətləri sevirsinizsə, tərəddüd etmədən yolunuzu Şri-Lankaya sala bilərsiniz.

Bir tövsiyəm də var - Şri-Lankaya qışda gedin. Qışda yaylamaq həvəsi “qırxında yorğalamaq” sevdası kimi bir şeydi. Elə mən də bu ölkəyə yanvar ayında Stokholmda yaşayan bir qrup soydaşımıza qoşulub getdim.

Bakıdan elə də uzaq deyil. Bizim Stokholmdan uçuşumuzsa 12 saatlıqdı.

Təyyarədən birbaşa Kolombonun Bandaranayke hava limanına düşəndə adamı xoşsima budda qarşılayır. Elə bilərsiniz özünü deyirəm, yox, heykəli. Anındaca fərqli bir ölkəyə gəldiyini duyursan. Şəhərdə ilk gördüklərindən elə zənn edirsən ki, Hindistandasan. Amma bu təəssürat çox çəkmir, tezliklə buranın filmlərdə gördüyün Hindistan olmadığını anlayırsan.

“OZO Colombo” hoteli elə aralıdan ürəyəyatım göründü. Hələ bəxtimə onuncu qatda balkonu Hind okeanına baxan otağın çıxmasını demirəm. Hələ hotelin damındakı hovuzlu kafe-barı heç demirəm. Maldivdə yaşadığımız günvurmanın acı ağrılarından sonra belə yer lap cənnət guşəsi oldu bizə. Onu deyim ki, bura Maldiv adalarına səfərdən vaxt girəvələyib gəlmişdik. Araları bir saatlıq yoldu. Maldiv yazısını səyahətsevər oxucular bloqumda rahat tapıb oxuya bilər. Ora da qiyamət yerdi.

Hovuzlu kafe-bardan şəhərə füsünkar mənzərə açılır. Hovuzun bitdiyi yerdə okean başlayır, bu qovuşuq mənzərəsi sonsuzluğa - üfüqdən də o yana baxmaq təəssüratı yaradır adamda. Səhər bir fincan kofeylə okeanın, axşam bir qədəh şərabla sayrışan şəhərin seyrinə dalmağı da bura əlavə edim ki, sizin üçün mənzərəni tam verə bilim.

Elə okean deyib durmuşam, əslində isə görünən Hind okeanı akvatoriyasındakı Lakkadiv dəniziymiş. Sonra öyrəndim.

Keçmişdən gələn qatar

Hotellə Lakkadiv dənizini qatar yolu ayırır. Səhərlər ətraf bölgələrin sakinləri sallaşa-sallaşa Nuh əyyamından qalmış vaqonlarda Kolomboya gəlirlər. Axşam da elə o cür geri qayıdırlar.

Bir dəfə istədim hotelimizə yaxın Bambalapitiya stansiyasında minib bu balacaboy, gülərüz adamlarla sahil qırağı dolanaq, dostların həvəsi olmadı, mən də ta inad eləmədim.

Şri-Lankada dəmir yolunu Britaniya hökuməti çəkdirib. Çəkilişə 1858-ci ildə başlayıblar. Müstəmləkə hökumətin qəsdi adanın dərinliklərində becərilən çayı, kofeni dəniz limanına daşımaq olub. Adama elə gəlir ki, elə qatarlar da o vaxtdan qalıb.

Çay demişkən. İlk səhərimizdə hotelin damındakı kafedə çay istədim. Paketdə “Lipton” verdilər. Ərinmədim, şikayətimi feysbuka belə yazdım: “Şri Lankada “Seylon çayı” istəyəsən, deyələr yoxdu, “Lipton” var. Lənətə gəlmiş........

© 525-ci Qəzet