We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Müsavat firqəsi və bolşeviklər

6 0 0
15.10.2018

Müsəlman Şərqində ilk demokratik respublikanın elan edilməsinin 100 ilinin 23 ayı müstəqillik, 71 ili istila-fasilə dövrüdür. Vətəni tərk edib mühacirət həyatı yaşayan mücahidlər müstəqilliyin yenidən qələbəsi uğrunda mübarizələrini qətiyyətlə davam etdirmişlər. Mühacirət mətbuatı bu, istila-fasilə dövrünün canlı salnaməsidir. Nəzərdən keçirək.

(Əvvəli ötən şənbə saylarımızda)

MÜSAVAT FİRQƏSİ VƏ BOLŞEVİKLƏR

Azərbaycana ilk qədəm basdıqları gündən etibarən rus bolşevikləri bütün büğz və ədavətlərini Türk Xalq Firqəsi Müsavata tövcih etdilər. İstila qüvvətinin nəzərində “Müsavat”dan daha böyük bir düşmən, bu qüvvətə yardaqçılıq zillətiylə gün qazanan satılıq bolşevik ajanlarının mənfur ağızlarında Müsavatçılıqdan daha ziyankar bir məslək yoxmuş!

Müsavatçılıq töhməti ilə yüzlərcə münəvər adam, onlarca gənc qəhrəman Sibiryanın uzaq köşələrində nəfy (sürgün) və hadsız (günahsız) şəxslər həbs və işgəncələrə məruz qaldı. Moskvadan surəti-məxsusədə ezam olunan “Çeka” heyətləri Azərbaycan milliyyətçiliginin ələmdarı bulunan bu firqə ilə amansız bir surətdə mücadilə etdi. Azərbaycan, Müsavat sirayətindən (nüfuzundan) dəfələrlə “təmizləndi”. Komisarların ağzı ilə bu firqənin “tamamilə iflas etdigi” dəfələrlə elan edildi.

Böylə ikən Sovet mətbuatı, bir dəqiqə olsa da Müsavat firqəsi ilə məşğul olmağı unutmıyordu. Daha dün qoca Çiçerin bu “müflis” firqənin propağandasına qarşı fəryad ediyordu. Bu gün də bolşevik mətbuatının yeni bir manevrasına şahid oluyoruz!

Qarşımızda 28 Nisan tarixi ilə və məşum Nisan istilasını təsid məqsədilə nəşr edilmiş bir bolşevik qəzetəsi duruyor (Bakıda müntəşir “Komunist” qəzetəsi). Bu qəzetə mütəəddid (çoxlu, geniş) məqalələrində Müsavat firqəsi ilə möhtərəm lideri Məhəmməd Əmin haqqında söyləmədiyi lətayifat (lətifələr) buraxmamışdır. Kəndi-lərinə xas həyasız bir üslub və namussuz böhtanlarla mali olan bu məqalələrdə bolşevik mühərrirlərinin bilxassə bir firqə üzərində israr etmələri şayani-diqqətdir. “Komunist” qəzetəçiləri bütün məharətlərini Müsavat firqəsinin Azərbaycan istiqlalı elanındaki əhəmiyyətli rolunu inkara həsr etmişlərdir. Onlar min türlü saçma-larla Müsavat firqəsinin heç bir zaman istiqlalçı olmadığını isbat etmək istərlər. Bu, bir türlü isbat olunmayan iddiayə, şimdi, rusların sadiq uşağı Davud Hüseynov yeni bir iddia dəxi əlavə ediyor. Məgərsə (sən demə) Müsavat firqəsi rus çarlarının da ajanı imiş. Çar Nikolay idarəsi ilə mücadilə etmək istəməzmiş! Bu gülünc iddianın isbatı üçün ortaya nə kibi dəlil çıxarılırsa bəgənirsiniz?! Müsavat firqəsinin Bakı komitəsi dəxi Çarizm zamanında şöbələrinə göndərdigi təlimatda firqə əzasına kəndilərini jandarmalardan qorumaq üçün ehtiyatlı davranmaq, beistilah bəqləyi (səbzəni) ağızdan çıxartmamaq tövsiyə olunuyormuş. İştə bu tövsiyə Müsavat firqəsini Çar tərəfdarı olmaqla ittihama tamamilə kafi gəliyor.

Məzkur nüsxədə Müsavata aid olmaq üzrə, düşməncə bir karikatur dəxi nəşr edilmişdir. Bu karikatura görə Müsavat ölmüş, çürümüş, yalnız quru kəmikləri qalmışdır.

Vücudundan yalnız quru kəmikləri qalan bir qüvvətlə bolşeviklər əcəba, nədən bu qədər məşğul oluyorlar. Müsavat firqəsinin istiqlalçı və Azərbaycançı olmadığını isbata nədən lüzum görülüyor? Rəsulzadənin “Rusiya vətənpərvəri” olduğunu kəşfə nədən ehtiyac hiss edildi? İştə anlaşılacaq əsl məsələ.

Bu məqalələrin 27 Nisan günündə nəşr edilməsi irad olunan sualları tamamilə izah edər. Azərbaycanı hürriyyət və istiqlalından isqat (məhrum etmək) ilə Rusiyaya ilhaq edən bu məşum günü hürriyyət və istiqlal günü deyə təsid edən bu satılıq həriflər xalqın kəndilərinə zərrə qədər etibarı olmadığını pək əla biliyorlar və çox iyi təqdir ediyorlar ki, əfkari-ümumiyyə istiqlaliyyət tərəfdarı və istila müxalifidir. Bu şüarların mürəvvici, bu fikirlərin mübarizi isə Müsavatdır. Bu səbəblə Müsavat firqəsini ləkələmək, onu xalq nəzərindən düşürmək üçün nə lazımsa yapılıyor. Mətbuat inhisarına malik olan bu həriflər “zənn etməyiniz ki, Müsavat firqəsi istiqlalçıdır və rus imperyalizminə düşməndir” deməklə Türk əfkari-ümumiyyəsini şübhəyə düşürmək istərlər.

Fəqət bihudə milliyyət və istiqlal şüarına ələm olan müsavatçılığın pək zində bir fikir olduğu kibi, Müsavat firqəsinin ölmüş, çürümüş bir cəsəd degil, gündən-günə qüvvət və miknət kəsb edən canlı bir təşəkkül olduğu bizzat komunist nəşriyyatı ilə sabitdir. Bu firqənin Azərbaycan təşəkkülündəki rolunu və bugünki əhəmiyyətini öyrənmək istəyənlər başqa şey degil, yalnız bolşevik nəşriyyatını təqib və tədqiq edərlərsə kifayət edər.

Azərbaycan xalqı nəzərində Sovet idarəsi qəsb, zalım və müstövlidir. Sovet nəşriyyatına baxılarsa, bolşevikləri çəkməyən, onlara qarşı mücadil vəziyyətdə bulunan yeganə qüvvət Müsavatdır. Demək ki, qasiblər, zalımlar və müstövlilər əleyhinə çalışan qüvvət də budur.

Öylə ya! “Yürafül-eşyau bi-ziddiha” (Hər şey ziddiylə bilinir)

Azəri (M.Ə.Rəsulzadə)
“Yeni Qafqasiya”, 28 Mayıs 1924, №17

YENİ TÜRKİSTAN CÜMHURİYYƏTLƏRİ HAQQINDA

(Komunizm siyasətinin yeni bir cilvəsi)

Buxara və Xiyvə (Xarəzm) hökumətlərinin inhilalı (ayrılması) ilə Türkistanda yeni türk cümhuriyyərlərinin təşəkkül elədiyi haqqında gündəliklərdə Avropa ajanlarından nəqlən, müxtəsər bir həvadis dərc edilmişdi. Son posta ilə gələn Sovet mətbuatı məzkur məsələnin Sovetlər İttihadı (İttifaqı) konqresində mövzui-bəhs edilməsi münasibətilə təfsilat veriyorlar. Bu təfsilata nəzərən, əvvələn Buxara ilə Xarəzm Xalq Sovet Cümhuriyyətləri kəndilərinin artıq Sosialist Sovet Cümhuriyyətləri halına gəlmək zamanının verdiyinə, sonra da Mərkəzi-Türkistan heyəti-icraiyyəsi ilə bərabər müxtəlif milliyyətlərdən təşəkkül edən və bu günə qədər Sovet İttihadına daxil olmayan Buxara ilə........

© 525-ci Qəzet