We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Fransızlara "Qaragöz"lə xəsislik dərsi

9 0 0
23.10.2018

Uzun müddət idi mediada bir "Qaragöz" küləyi əsirdi. Nəhayət, oktyabrın 16-da "Qaragöz"ün qala gecəsi keçirildi.

Oktyabrın 18-dən kinoteatrlarda nümayiş olunmağa başlayan filmin baş prodüsseri və rejissoru Orxan Mərdan, ikinci rejissoru Pərviz Həsənov, ssenari müəllifləri Vüqar Hüseynov və Talıb Əhmədovdur. Filmdə əsas rolları Elməddim Cəfərov, Oksana Rəsulova, Kəbir Kərimov, Hüsniyyə Mürvətova, Rasim Cəfər, Ceyhun Məmmədov və başqaları ifa edirlər.

Ekran işi xəsis bir aktyorun tragikomik həyatından bəhs edir.

lll

Elməddin Cəfərovun canlandırdığı obraz - Qara Hacılı məşhur aktyordur. Sənətini sevən və işinin peşəkarı olan bu adam ilk baxışdan tamaşaçıya çox xoş təsir bağışlayır. Əməkdar artistdir, yaradıcıdır. Ancaq bu insanın bir mənfi xüsusiyyəti var ki, az qala bütün yaxşılarının üzərindən böyük bir xətt çəkir. Bu da Qaranın həddindən artıq xəsis olmasıdır. Onun bu xüsusiyyətini qətiyyən pul qədri bilən, yığımcıl epitetləri ilə yüngülləşdirmək, ona haqq qazandırmaq olmur. Çünki bu ifrat xəsislik həm özünün, həm də ətrafındakılarının həyatını az qala cəhənnəmə döndərib. Buna görə də həyatda yalnızdır. İş yoldaşları, qonşuları onun sənətinə böyük hörmət etsələr də, xarakterindəki bu mənfi cəhətinə görə onu çox da sevmir, uzaq gəzirlər (filmin sonrakı gedişatı isə göstərir ki, əslində, onun kimi insanı belə qəbul edən birisi ola bilər. Əgər ortada eşq varsa...). Heç o da insanlarla ünsiyyətə meylli deyil. Çünki onun gözündə hər ünsiyyət qurduğu insan gələcəkdə yeni bir xərcin səbəbi deməkdir. Hətta bu simicliyi 20 il öncə ailəsinin dağılmağına da gətirib çıxarır. Özündən bəlkə də on qat artıq xəsis olan atasını (Ağaxan Salmanlı) qocalar evinə qoyan 45 yaşlı Qara o gündən yalnız yaşayır.

Belə baxanda, Qara heç də həyatından narazı görünmür. Ətrafındakıların onun haqqında nə düşündüklərinə fikir vermədən həyatını sakit və öz bildiyi şəkildə davam etdirir. Amma elə bir gün gəlib çıxır ki, əslində, onun da bu yalnızlıqdan təngə gəldiyini, yanında bir nəfəs, bir hənir, qulaq yoldaşı, can yoldaşı istədiyini görürük. Bu istək öncə yeni iş yoldaşı - səhnədəki tərəf müqabili Nigarın (Oksana Rəsulova) gəlişi ilə baş qaldırır. Elə ilk görüşdən bu təcrübəsiz qızdan xoşu gələn Qara bunu özünə belə etiraf etməyə çəkinir. Çünki yeni tanışlıq, yeni sevgi macərası yeni xərclər yaradacaq, ona baha başa gələcəkdi.

Bu gəlişdən dərhal sonra isə onun həyatında yeni biri - ona daha doğma insan peyda olur - oğlu Bədəl (Kəbir Kərimov). Sən demə, arvadı Tükəz (Hüsniyyə Mürvətova) ayrılarkən hamilə olsa da, bunu ərindən gizlədib və 20 il oğlunu təkbaşına........

© 525-ci Qəzet