We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Azərbaycan səhnəsindəki "Kəloğlan" - Şahanə Müşfiqin yazısı

10 0 0
14.03.2019

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı ilə tanışlığım hələ uşaqlıq illərimə gedib çıxır. Elə teatrla tanışlığım da bu şirin və əcayib kuklalarla bağlıdır.

Ələkbər əminin (Ələkbər Hüseynov) və Əməkdar artist Rəhman Rəhmanovun əlinə kuklaları götürüb onları danışdırmağı, onlarla danışmağı, biz uşaqları da tamaşanın müəyyən hissəsində oyuna daxil edib əyləndirməsi, güldürməsi teatr haqqında ilkin təəssüratlarla yanaşı, bu qədim sənətə, sənət ocağına sonsuz sevgi də yaratmışdı. Yaş artdıqca başqa teatrlarla, daha doğrusu, böyüklər üçün olan teatrlarla tanış olduq, müəyyən məqamda Kukla Teatrını özümüzdən sonrakı nəsillərə əmanət edib istiqamətimizi dəyişdik. Amma təbii ki, uşaqlığımızın yadigarı olan sənət ocağından tamamilə ayrı düşmədik. Ya mətbuatdan uğurlarını izlədik, ya da bəzi tamaşalarına, premyeralarına qonaq olduq.

Hər il martın 10-da Milli Teatr Gününü bütün teatrlar premyeraları, ya da özəl tamaşaları ilə yaddaqalan etməyə çalışırlar. Bu il 10 mart Kukla Teatrının repertuarında yeni premyera ilə əlamətdar oldu. Həmin gün təkcə balaca tamaşaçılar deyil, gülmək, əylənmək, sənətdən, teatrdan zövq almaq və əsrarəngiz kuklaçı peşəsinin baxımlı səhnə performansını görmək istəyən biz böyüklər də həvəslə Azərbaycan........

© 525-ci Qəzet