We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Sevginin və şeirin Musa Yaqub mehrabı - Orxan Saffari yazır

5 0 0
12.11.2018

Hələ onda hisslərim şeirə bütövlükdə yansımamışdı. Anidən bir payız axşamında “Öyrətmə özünə, öyrətmə məni” deyən şairin şeirlərinə rast gəlib, birdən-birə bu tamarzı hisslərə öyrəşməyə başladım.

Beləcə, onu tanıdığım payızdan bir neçə fəsil də ötdü. Milyonlarla yarpaq xəzana döndü, ətrafı xışıltı səsləri öz cənginə aldı, ağaclar qiyafəsini dəyişdi... və təbiətdə nələr oldu, nələr.. İndi hərdən düşünürəm ki, mənə sevməyi məhz onun şeirləri öyrədib. Onun şeirlərində sevginin ən ali qatlarını görmək olar. Onun böyüklüyü isə sevgisinin bəşəri olmağıdır. O, gülləri sevir, ağaclara aşiqdir. Təpədən-dırnağa təbiətdi Musa Yaqub. Amma o, təkcə təbiət şairi də deyil, təbiətin özüdür. Onun içində bir ana təbiət var: Musa Yaqub təbiəti. O, daha çox təbiətin insan şəklidir.

Ana təbiət bizə rəhm etməyib fəlakətlər,........

© 525-ci Qəzet