We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Şeirdən kinoya keçidin Ünlü formulu

6 0 0
15.10.2018

Onur Ünlünün filmlərini izləyənlər, yəqin ki, fikirlərimlə razılaşarlar. Çəkdiyi hər filmdə həyatı detalların insanı özünə xatırlatması, onun filmlərini daha da çox sevdirir mənə. Çünki Onur Ünlü filmlərində daha çox ölüm, ailə, insani münasibətlər arasında olan halları komediya və dram şəklində peşəkarlıqla göstərməyi bacarır.

Əslində, onunla ilk tanışlığım şeirlərindən başlamışdı. Haqqında araşdırdıqdan sonra Şekspir vurğunu olduğunu da öyrəndim. Hətta onu da deyim ki, “Sən aydınladarsan gecəni” filminin adı Şekspirin şeirindən bir misradır.

Onur Ünlünü tanıdıqca, izlədikcə məni düşündürən bir sual var idi. Necə oldu ki, o, şeirdən rejissorluğa keçdi? Axı kifayət qədər gözəl şeirlərin müəllifi idi. Bu, Onur Ünlünün zəifliyi idimi, özünü şeirdə tapa bilmirdimi? Yoxsa üstün zəkası onu şeirdən uzaqlaşdırdı?

Fikrimcə, üstün zəka, müşahidə qabiliyyəti, içinin sərhədləri, düşüncə genişliyi onu filmə gətirdi. Axı bəzən elə situasiyalar olur ki, onu izah etmək üçün şeir bəs etmir. Məhz bu səbəbdən də düşünürəm ki, Onur Ünlü özünü şeirdə tapıb itirərək, filmlərdə bütövləşdi.

Onun filmlərini mənə daha da möhtəşəm edən reallığı, insani münasibətləri, hissləri ifadə tərzidir.

“Beş qardaş” filmində deyilən bu sözün necə də səmimi və reallığa uyğun olduğuna baxın:

“Niyə insanlar bir-birini sevmir, abi? Bunun bir maliyəti də yoxdu, havayıdı yəni”.

Onun “Polis” filmi isə, deyərdim ki, izlədiyim ən möhtəşəm filmlər sırasındadır. Bu tip filmləri izlədikdə adətən sonluğunun eyni bitdiyini müşahidə etmişəm. Bəzən filmin ortalarında elə olur ki, artıq sonluğu da bilirsən. Amma Onür Ünlü hər kəsi fikrindən yayındıra, fokuslandığı sondan çəkə........

© 525-ci Qəzet