We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Muğam - beşiyimizdən qəbrimizəcən... - Orxan Saffarinin yazısı

4 0 0
01.12.2018

Dünyada elə şəhərlər var ki, musiqi, səs dedikdə ilk oralar yada düşür. O şəhərlərin hər daşı, hər qayası, suyu, havası, sanasan, musiqi ilə yoğrulub.

Bir sıra ad sadalamaq olar dediyim bu səsli-sədalı şəhərlərə misal kimi. Amma mənim üçün bu siyahıda Azərbaycanın sənət beşiyi, ən gözəl güşələrindən biri olan Şuşa şəhəri birinci yerdədir. Muğam dedikdə elə ilk yada düşən bu şəhər haqqında bunu da eşitməmiş deyilik: “Şuşada bələkdəki körpələr də muğam üstə ağlardılar”...

Onda hələ dünyadan hali olmayan uşaq idim. Dumanlı xatırlasam da, siqaretdən bığları saralmış o, ağ saqqallı, nurani babamın ayaq altında qalan payız yarpaqları təki xışıldayan radiosunu xatırlayıram. Uçuq-sökük binanın balkonunda hər səhər qırmızı, fənərli radiosunu qoşar, çayından qurtumlayıb, papirosundan dərin bir qüllab vurub fikrə gedərdi. Radiodan avaz yayılırdı:

“Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi”

Sonra yavaş-yavaş digər yaşlılar da buxarı papaqlarını taxıb, həyətə yığışar və muğamlara birlikdə qulaq asıb gəncliklərindən danışardılar. Biz uşaqlar üçünsə onların danışdığı qəhrəmanlıqlar maraqlı gələrdi. Öz aramızda babalarımızı yenilməz qəhrəman kimi təqdim edərdik.

Ümumilikdə bu mənzərələr çox xoşuma gəlirdi. Xüsusən babamın radioda muğam dinləməsi.........

© 525-ci Qəzet