We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Ayaqqabı olmaq, qapı olmaq... - Orxan Saffari yazır

3 0 0
24.11.2018

Hərdən olur ki, insanlar üçün yox, hansısa cansız bir əşya üçün darıxırsan. Məsələn, mən uşaq ikən ilk və son oyuncağım olan maşınım üçün çox darıxıram.

Ümumiyyətlə, hərdən elə olur ki, dönüb cansız bir əşya da olmaq istəyirəm. Cansız olmaq maraqlı olardı mənim üçün. Görəsən, necə bir hissdir, necə olur? Hərçənd, cansız olmaq, elə hiss etməmək deməkdir. Amma yenə də mən cansız olsam, bunu hiss etmək istərdim. Hər nə qədər absurd görünsə belə.

Zaman-zaman cansız olan nə varsa, özümdə, gözümdə canlandırmışam həmişə. Elə yəqin bu səbəbdən Füzulidən “Meyvələrin söhbəti”ni əzbərdən bilirdim. Mən həqiqətən bir zamanlar bu cür absurd söhbətlərə inanmışam. Bir növ xəyal dünyam idi mənim.

Məsələn, çarpayı olmaq istərdim. Sırf gecələr insanların xəyallarını eşitmək üçün. Axı hər insanın yatmazdan əvvəl tavana baxıb nəyisə və kimisə düşündüyü olur. Bu, məndə həmişə marağ doğurub. Taxta çarpayılardan xoşum gəlir həm də. Dəmir çarpayı olmaq istəməzdim.

Hərdən ayaqqabı olmaq istəyirəm. Məsələn, mən ayaqqabı olsam, bunu hiss eləsəm, heç kimi yarı yolda qoymaram, heç vaxt cırılmaram, çalışaram su keçirtməyim, şüşəyə, mismara batmayım. Bir sözlə, heç kimin ayağını incitmərəm mən, ayaqqabı olsam. Geyinilib gedərəm elə. Məsələn, bir ayaqqabım var. Düz dörd ildir ki, mənə dözür. Maraqlısı odur ki, bu........

© 525-ci Qəzet