We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Ədəbiyyatda təsirlənmə və plagiat - Orxan Saffari yazır

7 0 0
19.11.2018

Məlumdur ki, ədəbiyyatda da təsirlənmə və plagiat anlayışları mövcuddur. Bu anlayışlar daim aktual və mübahisəli mövzular olaraq qalıb.

İstər oxucular, istərsə də yazıçılar zaman-zaman bir-birini “bu şeir filan şairin şeirindəndir”, “bu əsər filan əsərdən plagiatdır” kimi sözlərlə ittiham edib və edir. Ədəbiyyat var olduqca da, çox güman ki, davam edəcək.

Məsələ ondadır ki, bəzən plagiat və təsirlənməni bir-birindən ayırmağa çətinlik çəkilir. Daha doğrusu, qarışıq salırlar. Ədəbiyyatda plagiat müəllifin hüquqlarının pozulmasıdır. Yəni ki, bu, bir şəxsə aid əsəri başqasının, mənbəyə istinad etmədən, öz imzası altında bütövlükdə və yaxud da bir hissəsini istifadə etməsidir. Plagiat həm də tək ədəbiyyatda yox, incəsənətin digər sahələrində də mövcuddur.

Təsirlənmə isə bildiyimiz kimi, tamamilə fərqli bir anlayışdır. Hansısa bir əsəri, şeiri oxuyub ondan ilhamlanmaq, təsiri altında yazmaq təsirlənmədir.

Zaman-zaman bunları mən də müşahidə etmişəm. Dünya ədəbiyyatında bunlar daha çox Frans Kafkanın əsərlərilə bağlı diqqətimi cəlb edib. Əvvəllər oxuduğum əsərlərdə onu yamsılayan yazıçılara münasibətim yaxşı deyildi. Düşünürdüm ki, çoxları bilərəkdən bunu edir, özünü nihilizmə kökləyir, pessimist notlara köklənir. Həm də bizdə bir az da “əzabkeş” görünmə obrazı........

© 525-ci Qəzet