We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Əbədiyyətdəki Məmməd Araz ünvanı - Orxan Saffari

4 0 0
20.10.2018

14 oktyabr kimlər üçünsə adi, kimlər üçünsə tarixə yazılmış bir gündür. Amma bu gün əslində, Məmməd Arazın adıyla bağlıdır, onun doğum günü ilə əlamətdardır. Deməli, Məmməd Araz Günüdür.

O Məmməd Araz ki, sağ ikən qazandığı sevgini bu gün də məzarının başında görür. Sabah da görəcək. O Məmməd Araz ki, onu fəxri adlarla, titullarla təqdim etmək istəmirəm. Çünki Məmməd Araz bütün mükafatlardan, adlardan, laueratlardan ən azı bir Araz boyu yuxarıda durur.

Tarixin Məmməd Araz günündə yaxınları, onu sevənlər, oxucular, yazıçılar, şairlər, bir sözlə, Məmməd Arazı bilənlər və sevənlər məzarı başına yığışıb, ləyaqət simvolu bu şairi yad etdilər.

Mən hamıdan əvvəl gəlib, Fəxri xiyabanı gəzdim.

Nədənsə, bura hər gələndə eyni həyəcanı, eyni qürur hissini keçirirəm. Məzarların yanından keçdikcə bir anlıq o ölməz dahilərin məni izlədiklərini düşünürəm. Onların məzarı belə, insana xoş təsir bağışlayır.

İçəri girən kimi üzbəüz dayanan dahi şair, mübarizə simvolu, Xəlil Rza Ulutürkün büstü........

© 525-ci Qəzet