We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Ninonu görmək və sirr - Orxan Aras Almaniyadan yazır

4 0 0
16.10.2018

"Əli və Nino" romanını oxuyan bilir.

Romanın başlanğıcında Əli Xan Şirvanşir belə deyir:

"Nino hələ də dünyanın ən gözəl qızıydı..."

Əslində, biz Kölndən yola çıxarkən fikrimizdə Nino yox idi, amma Frankfurta çatan kimi Ninonun xəbərini aldıq. Builki Frankfurt kitab sərgisində açılış nitqini gürcü yazıçısı Nino Hartişvilli söyləmişdi. Bu Nino Bizim Əli Xanın aşiq olduğu Nino deyildi, amma onun yurdundan gəlmiş gənc bir xanımdı. Otuz beş yaşındakı bu gənc xanım on beşə yaxın roman yazmış və bir çox mükafatların sahibi olmuşdu.

Atalar demiş "niyyətin hara, mənzilin ora"... Biz Nino xanımın nitqinə yetişmədik. Amma yazıçı dostum Ələddin Dikərlə sərgidə sağa-sola gəzərkən Ninoya aşiq başqa bir alman dostumla qarşılaşdım. Qurban Səid heyranı və onun bütün əsərlərini toplayan, hətta bir qismini Almaniyada nəşr edən Hans Yürgen Maurerlə qarşılaşdıqdan sonra onu heç buraxardımmı?! Onunla birlikdə əvvəlcə Azərbaycan bölümünə getdik. Orada Azərbaycanı təmsil edən dostumuz Aslan Cəfərovla məmləkətimiz üzərinə gözəl bir söhbət etdik. Aslan Cəfərov fəaliyyətlərindən, iclaslarından bəhs etdi və bizə bir neçə kitab hədiyyə........

© 525-ci Qəzet