We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Azərbaycan rəqqaslarının beynəlxalq uğuru

1 0 0
12.01.2018

Yusif Həsənbəy istedadlı olduğu qədər də təcrübəli qələm sahibidir. Və ədəbiyyat qarşısında, heç şübhəsiz, özünəməxsus xidmətləri vardır. Yaradıcılığa şeirlə başlayıb, ilk növbədə, şair kimi məşhurlaşsa da, pyesləri tamaşaya qoyulmuş, nəsr əsərləri nəşr edilmişdir.

Ədibin yeni povesti göstərir ki, səksəni geridə qoyub doxsana yaxınlaşan sənətkarın qələmi bu gün də Azərbaycan cəmiyyətində baş vermiş mürəkkəb tarixi hadisələrin mahiyyətinə varmağa, milli (və ümumbəşəri) həqiqətləri ortaya çıxarıb sənətkarlıqla təqdim etməyə qadirdir.

Mahiyyət isə bundan ibarətdir ki, patriarxal həyat tərzindən heç də tamamilə uzaqlaşmamış Azərbaycan kəndi keçən əsrin 20-ci, 30-cu illərində sosialistləşdiriləndən sonra eklektik (həm iqtisadi, həm sosial, həm də mənəvi baxımdan qarışıq, qeyri-orqanik) bir cəmiyyətə çevrilməyə başladı ki, əsrin sonunda sovet hakimiyyətinin çökməsi ilə həmin cəmiyyət daxilindəki eklektika, tamamilə təbii olaraq, baş qaldırıb hər cür hərcmərclik üçün "münbit" şərait yaratdı. Və yazıçı 80-ci illərin sonu - 90-cı illərin əvvəllərini əhatə edən həmin hərcmərclik dövrünün həm disharmoniya yaradan, həm də harminoya axtaran qüvvələrinin psixoloji-əxlaqi mövqelərini öz gözə görünən və görünməyən qəhrəmanlarının hərəkətləri, reaksiyaları, refleksləri vasitəsilə dərindən təhlil etməyə çalışmışdır.

Süjet nə qədər sadə (hadisələr Qaraxun-Qaraxanlı yolunda baş verir və hadisələr "UAZ"da öz kəndlərinə gedən yeni sahibkar Məhərrəmlə onun gələcək qaynatası Əbdül kişinin söhbətləri, daha doğrusu, mübahisələri zəminində təqdim olunur) olsa da, povestin məzmun-mündərəcəsi o qədər mürəkkəb, çoxmiqyaslı və düşündürücüdür. Əbdül kimi min əzab-əziyyətlə (ancaq namus-qeyrətlə) saxladığı ailəsinin üzvü olan qızı Nurcahanı elə bir oğlana vermək istəyir ki, cəmiyyətdəki hərcmərcliyin tüfeyli iştirakçısı, onun yaratdığı "münbit" şəraitin törəməsi deyil, əksinə, min illərin haqq-ədalət təsəvvürlərinin (və təcrübəsinin) daşıyıcısı olmuş olsun. Əslində, Məhərrəmin ruhunda, təbiətində Əbdül kişinin axtardığı həmin xüsusiyyətlər var, ancaq məsələ burasındadır ki, o da zamanla "ayaqlaşmağa" çalışmış, dost-tanışdan geri qalmamaq, beş kişidən biri olmaq üçün yeni "mühit"in üzvi tərkib hissəsinə çevrilmiş, yaxud çevrilməkdədir. Bununla belə, görür (və hərdən də vicdanı qəbul etmir) ki, biznesdə qazandığı "uğurlar"ın, demək olar ki, hamısı başqalarının, bütövlükdə cəmiyyətin çox ciddi fəlakətlərə uğraması hesabına ortaya çıxır. Bir tərəfdən, öz istedadı, zəhmətkeşliyi, saf daxili aləmi ilə dünyaşöhrətli xalçaçı rəssama çevrilən Nurcahanın məhəbbəti, digər tərəfdən isə, Əbdül kişinin öz inamında, inadında son dərəcə möhkəm, səbatlı olması Məhərrəmi məcbur edir ki, nalayiq işlərdən əl çəkib haqqın yoluna qayıtsın.

Əsərdə Ulu Öndər Heydər Əliyevin, həqiqətən, yaddaqalan obrazı yaradılmışdır. Nurcahanın toxuduğu rəngbərəng xalçalarda, buldozerçi Muxtarın dağ yollarını daş-qayadan təmizləməsilə bağlı hissədə Ulu Öndərə tükənməz xalq məhəbbəti konkret bədii detallarla təsvir olunmuşdur. Kəndin (və rayonun) cəmiyyəti əmindir ki, onları mövcud (və bundan sonra da mövcud ola biləcək) fəlakətlərdən ancaq Heydər Əliyein iradəsi xilas etməyə........

© 525-ci Qəzet