We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Cümhuriyyət qurucuları: Azərbaycan Parlamentinin sədr müavini Həsən bəy Ağayev

2 0 0
11.07.2018

Azərbaycanın demokratik və hüquqi bir dövlət olaraq formalaşmasında tanınmış dövlət xadimi Həsən bəy Ağayevin böyük xidmətləri olub.

Parlamentin sədri vəzifəsinə Ə.M.Topçubaşovun seçilməsinə baxmayaraq onun Fransada Azərbaycanı dünyaya tanıtmağa görə qalması səbəbindən H.Ağayev bütün ağırlığı öz üzərinə götürmüş və sədrlik vəzifəsini icra etmişdi. Müzakirəyə çıxarılan 270-ə qədər qanun layihəsindən çoxu onun parlamentə rəhbərlik etdiyi vaxtda qəbul edildi. Azərbaycan Parlamentinin ən ağır və çətin iş günlərində H.Ağayev böyük məsuliyyətlə çalışdı. 1920-ci ilin fevralın 2-də vəzifəsindən gedərkən bütün parlament üzvlərinin imzası ilə ona təşəkkürnamə verildi. Sonradan isə bolşeviklər Azərbaycanı işğal edərkən o, Gürcüstana - Tiflisə getdi. Tiflisdə qalmaqda (əslində, o, burada idi və tədbirdə iştiraka görə qalmışdı) məqsədi milli müqavimət hərəkatı təşkil edib, Azərbaycanı bolşevizmdən qurtarmaq, işğaldan azad etmək idi. Təəssüflər ki, o, bu işi axıradək apara bilmədi. 1920-ci ilin iyulun 19-da muzdlu erməni qatilləri tərəfindən Tiflisdə qətlə yetirildi.

Həsən bəy Ağayev 1875-ci ildə Gəncə şəhərində doğulmuş, orta təhsilini Gəncə klassik gimnaziyasında aldıqdan sonra məşhur milyonçu Hacı Zeynalabdin Tağıyevin köməyi ilə Moskva Universitetinin tibb fakultəsinə daxil olaraq, 1901-ci ildə ali təhsilini başa vurmuşdur.

H.Ağayev Moskvada təhsilini başa çatdırdıqdan sonra Bakıya qayıtmış, əvvəlcə H.Z.Tağıyevin Toxuculuq fabrikində və Qızlar məktəbində həkimlik etmişdir. Eyni zamanda, o, "Kömürçü" meydanında sonradan onun adı ilə məşhurlaşan "Seyid xəstəxanası"nda çalışmışdır.

O, ilk siyasi fəaliyyəti dövründə sosial-demokratlara bağlı olduğundan bu təşkilatla yaxından təmasda olmuş və Hümmət təşkilatının üzvü kimi də ciddi çalışmışdı.

H.Ağayev jurnalistlik fəaliyyəti ilə də məşğul olmuşdur. Onun "Həyat" (1905-1906), "İrşad" (1905-1907), "Yoldaş" (1907), "Tərəqqi" (1908-1909), "Həqiqət" (1909-1910), "Günəş" (1910-1911), "Azərbaycan" (1918-1920) qəzetlərində, "Dəbistan" (1906-1908) jurnalında yazıları çap edilmişdir. Onun mətbuatdakı imzaları aşağıdakı kimidir: "Təbib H.A", "Təbib H.Ağayev", "Təbib Həsən Ağayev", "Təbib Həsən Ağayev Gəncəli" və s.

H.Ağayev Gəncədə ilk Tibb Cəmiyyətini də yaradanlardan biri idi. Mənbələrdə göstərilir ki, H.Ağayev və X.Rəfibəyov 1914-cü ildə Yelizavetpol Tibb Cəmiyyətini yaradıblar.

H.Ağayev əslən Ufa türklərindən olan çar ordusunun istefadakı polkovniki Sadıq Əbdürrəhmanovun Peterburqda Nücabə Qızlar İnstitutunda pedaqoji ixtisas almış qızı Xədicə xanımla ailə həyatı qurmuşdur.

1917-ci ildən başlayaraq H.Ağayev siyasi fəaliyyətə daha çox önəm verdi. Xüsusən, 1917-ci ilin Fevral-burjua inqilabından sonra N.Yusifbəylinin Gəncədə yaratdığı Türk-Ədəmi-Mərkəziyyət Partiyasının xalq arasında böyük nüfuz qazanmasında H.Ağayevin əvəzsiz xidmətləri olmuşdur.

1918-ci ilin mayın 27-də Zaqafqaziya Seyminin buraxılması ilə bağlı bura daxil olan Azərbaycan nümayəndələrinin fövqəladə iclası keçirilmiş və iclas Azərbaycanın idarə olunması vəzifəsini öz üzərinə götürərək Azərbaycan Müvəqqəti Milli Şurasını elan etmiş, M.Ə.Rəsulzadə isə Milli Şuranın Sədri seçilmişdi. H.Ağayev və M.Seyidov isə........

© 525-ci Qəzet