We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

MƏNİM TANIDIĞIM ƏLYAR SƏFƏRLİ

3 0 0
13.01.2018

Əlyar Səfərli...

Mənim üçün bu insan, ədəbiyyat elminin cəfakeşlərindən biri, yaşca məndən 11 il böyük olmasına baxmayaraq dostluq etdiyim bu şəxsiyyət indi bu işıqlı dünyada yoxdur. Elə bil, Ədəbiyyat İnstitutunun koridorlarında ayaqüstü görüşüb sonra gəzişdiyimiz, hal-əhval tutmaqdan başlayıb müxtəlif mövzularda söhbət etdiyimiz, sonra onun otağına keçib bir stəkan pürrəngi çay içib xudahafizləşməyimiz olmamış. Hər dəfə işə gələndə mütləq bu görüşlər, institutun koridorundakı bu "başmaq seyri" hər ikimizin ürəyincə idi. Mən Əlyar müəllimdən hər dəfə nəsə öyrənirdim. O, klassik ədəbiyyatımızın tanınmış tədqiqatçılarından biri idi və mənim Füzuli heyranı olduğumu yaxşı bilirdi. Füzulidən əzbər bildiyim qəzəlləri mənə söylədər, sonra ayrı-ayrı beytlərin mənasını soruşar və doğru izah edə bilmədiyim mətləbləri anladardı. Bir gün onu doğulduğum Masallı rayonuna apardım, Cəlilabadda, Lənkəranda da gəzdirdim, qocaman tədqiqatçı Mirhaşım Talışlının qonağı olduq, rayonumuzda adlı-sanlı bir kənd müəlliminin 70 illik yubileyində iştirak etdik. Onun maşınında bu səyahətimiz o qədər maraqlı keçdi ki... Yolboyu da sözümüz-söhbətimiz Füzulidəndi.

Əlyar müəllim çox sadə insan idi. Amma bu sadəliyin arxasında müdriklik dayanırdı. Müdrikliyi isə izah eləmirlər və mən Əlyar Səfərli ilə onun ömrünün son yeddi ilində dostluq etdiyimi həyatımın ən fərəhli anları kimi xatırlayıram.

Əlyar Səfərlinin tərcümeyi-halı, keçdiyi ömür yolu zəngin idi. 1937-ci ilin iyunun 23-də Ordubadın Anabad kəndində dünyaya gəlmişdi. Atası Qurbanəli, əmisi Səfərəli, qardaşı Muxtar həbs cəzası almış, heç birisi də qayıtmamışdı. Anası Sahab yeddi uşağını təkbaşına böyütmüşdü. Bu uşaqlardan isə yalnız Əlyar Səfərli təhsil ala bilmişdi. Qonşu Gənzə kəndində yeddi illik məktəbi bitirdikdən sonra Ordubad şəhər Pedaqoji məktəbində təhsilini davam etdirmişdi. 1960-cı ildə ADU-nun şərqşünaslıq fakültəsinin fars şöbəsini fərqlənmə diplomu ilə bitirmişdi. Tələbəlik illərində tələbə elmi cəmiyyətinin rəhbəri olmuşdu. Nizami adını Ədəbiyyat İnstitutunda və eləcə də ADU-da uzun illər işləmiş, namizədlik və doktorluq dissertasiyasını müdafiə etmiş, AMEA-nın müxbir üzvü seçilmişdi. İki il (1971-1973) Əfqanıstanda tərcüməçilik etmişdi. Ulu öndər Heydər Əliyevin fərmanı ilə Tehranda fövqəladə və səlahiyyətli səfir vəzifəsində çalışmışdır. Son iş yeri Nizami adına Ədəbiyyat İnstitutu idi. Burada şöbə müdiri vəzifəsində çalışırdı.

Əlyar Səfərli xeyli sayda kitabın müəllifi idi, belə ki, o, orta yüzilliklər ədəbiyyatını araşdırmış, orta və ali məktəblər üçün dərsliklər nəşr etdirmiş, neçə kitabın tərtibçisi olmuşdu.

Ömrünün sonuncu ilində xəstəliyi şiddətlənmişdi, amma buna baxmayaraq ara-sıra işə gəlib-gedirdi.

Əlbəttə, bu qısa xatırlatmada, tərcümeyi-halda professor Əlyar Səfərlinin, ədəbiyyatşünaslıq elmimizin........

© Ədalət