We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Kitablar, rəylər Bir ömrün iziylə

4 0 0
friday

Azərbaycanın XX əsrdə yetirdiyi böyük şəxsiyyətlərdən biri – akademik Heydər Hüseynov... Onun həyatı, dramatik və faciəli ömür yolu haqqında çox yazıblar və zaman keçdikcə Heydər Hüseynov fenomeni hələ çox araşdırılacaq. Amma filologiya elmlər doktoru, professor Fəridə Sofiyevanın "Bir ömrün iziylə” kitabı bu gün Heydər Hüseynov haqqında indiyə qədər məlum olmayan həqiqətləri bizə təqdim edir və bu kitabı oxuyandan sonra bir daha yəqin edirəm ki, doğrudan da Heydər Hüseynovу zəmanə bir də yetirməz. Bu fikrin üzərində möhkəm dayanıram, demək istəyirəm ki, o, XX əsr Azərbaycan ictimai fikir tarixində, fəlsəfə, tarix, ədəbiyyat sahəsində ən nüfuzlu şəxsiyyətlərdən biri olmuşdur. Doğrudur, o, marksizim, leninizm ideologiyası, komminist məfkurəsi ilə sıx bağlı idi, lakin heç bir ideologiya insanın içindəki vətənpərvərlik duyğusunu, Vətən eşqini söndürə bilməz. Heydər Hüseynov cəmi 42 il yaşadı, yaradıcılığının ən parlaq,ən pik nöqtəsində onu intihara sövq elədilər.

Fəridə Səfiyevanın kitabı haqqında söhbətə də elə o faciəli, o müdhiş məqamlardan başlamaq istərdim. "XX əsr Azərbaycan ictimai fəlsəfi fikir tarixindən” monoqrafiyası Heydər Hüseynovun şah əsəri idi – bu əsərdə Heydər Hüseynov qədim dövrdən başlayaraq XIX əsr də daxil olmaqla Azərbaycan fikir tarixini araşdırır.Bu əsər Azərbaycanda fəlsəfə tariximizə aid ilk monumental əsər idi. Məqsəd bu idi ki, qədim kökləri olan bir millətin mədəniyyətini dünyaya çatdırsın. Özü də bu əsərdə XIX əsr Azərbaycan mədəniyyəti, əsasən beç klassik sənətkarın yaradıcılığı qətiyyən o dövrdə dəbdə olan belə bir fikirlə məhdudlaşmırdı – Azərbaycan mədəniyyəti, fəlsəfi fikir dünyası rus ədəbiyyatı və fəlsəfəsi ilə sıx bağılıdır, əksinə, Heydər Hüseynov böyük bir məntiqlə izah edirdi ki, XIX əsr mədəniyyəti orta əsrlər Azərbaycan mədəniyyəti üzərində böyüyüb, inkişaf edib. Və həmin əsərdə Heydər Hüseynov XIX əsrin böyük mütəfəkkirləri – M.F.Axundov, H.B.Zərdabi, S.Ə.Şirvani, İ.Qutkaşınlı,........

© Ədalət