We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

HƏSƏNOĞLUNUN YENİ QƏZƏLİ

4 0 0
friday

2012-ci ildə XIII yüzildə yaşamış görkəmli şairimiz Həsənoğlu və yeni tapılan "Sirətin-Nəbi" adlı məsnəvisi ilə bağlı, "Həsənoğlunun dili" adlı ardıcıl dörd məqalə yazdım, köşəmdə yayımlandı, oxucularım yəqin xatırlayarlar. O vaxtdan bəri onun bu əlyazma əsəri haqda zaman-zaman məlumatlar verdim, müxtəlif uluslararası simpoziumlarda elmi məruzələr etdim. İki həftə öncə həmkarım Çiçək Hüseynova xahiş etdi ki, tələbələrə Həsənoğlunun yeni tapdığım iki qəzəli haqda danışım, mən də məmnuniyyətlə qəbul etdim. O gün gəldikdə tələbələrimizin sürprizi ilə qarşılaşdım. Dərs otağına (auditoriya) daxil olduqda gördüm ki, Azərbaycan filologiyası bölməsində oxuyan Nərmin Novruzova Atif qızı Axundov Kitabxanasına gedib, mənim 2012-ci ildə yazdığım məqalələrimi "Ədalət" qəzetinin nüsxələri arasından axtarıb-tapıb, fotosunu çəkərək məktəbə gətirərək slaytını hazırlayıblar, hamılıqla oxuyublar. Həmin gün tələbələrə Həsənoğlunun irsi, məsnəvisi "Sirətin-Nəbi" haqda geniş məlumat verdim və yeni tapdığım aşağıdaki şeiri onlara oxudum.

Öncəliklə xatırlatmalıyam ki, "Sirət" peyğəmbərimiz hz. Məhəmmədin həyatı və mübarizələri ilə bağlı olaraq yazılan mənzum əsərlərdir. Elmlər doktorluğu dissertasiyası daxilində götürdüyüm "Sirət-in nəbi" adlı bu məsnəvini əlyazmadan latın əlifbasına köçürərkən həddən artıq gözəl şeirlərlə də qarşılaşıram (Artıq 410 səhifə işləmişəm).

Həsənoğlu peyğəmbərimizlə bağlı bu məsnəvini yazarkən müstəqil hekayələr də yaradıb. Bunlardan biri də "Miqdad bin Əsvəd"ə həsr edilib. Öncəliklə Miqdad bin Əsvəd haqda qısa bir məlumat verməyin oxucular üçün maraqlı olacağını düşündüm.

Miqdad bin Əsvəd Peyğəmbərin islam yolunda yeritdiyi bütün döyüşlərdə iştirak edib və Əshabı-kiramın ən məşhur şəxsiyyətlərindəndir. Əsl adı Miqdad bin Amr (Əsvəd) bin Sələbə bin Malik bin Rəbiə bin Sümami bin Matrud ən Nəhrani əl Kindidir. Atasının adı Amrdır. Atası birini öldürməsi səbəbiylə Bəhra tayfasından başını götürüb qaçaraq Bəni Kində tayfasına sığınıb və Miqdad miladi 584-cü ildə Nəhrada dünyaya gəlib. Miqdad burada Əbu Şəmr bin Hucru adlı şəxsi yaralayıb və Məkkəyə qaçıb. Orda Əsvəd bin Əbdüyəgüsün........

© Ədalət