Rusiya Federasiyasının prezidenti Vladimir Putinin amerikan jurnalisti Taker Karlsona verdiyi müsahibə dünya çapında böyük rezonans doğurub.

Keçmiş amerikan kəşfiyatçısı Skott Ritter X sosial şəbəkəsində yazır ki, bu müsahibə insanlığın xilas olunmasında vacib addım ola bilər. Eks-kəşfiyyatçı inanır ki, təqdim olunan müsahibə Vaşinqton və Moskva arasında münasibətlərin yaxşılaşdırılmasında yol xəritəsi ola bilər.

ABŞ hərbi qüvvələrinin istefada olan polkovniki Erl Rasmussen qeyd edir ki, Qərbin senzurası amerkanlılara alternativ məlumatlar almağa mane olur. Ona görə də, ABŞ-ın əksər vətəndaşları Ukraynadakı vəziyyətlə bağlı məlumatları yalnız Co Baydenin sözlərinə görə qiymətləndirirlər.

"Əslində bu Rusiyanın işğalçılıq mövqeyindən deyil, NATO-nun işğalçılıq mövqeyindən qaynaqlanır. Alyans Rusiyanı zəiflətmək üçün uzun müddətdir onun sərhədlərinə doğru genişlənmə planlarını həyata keçirir. Ukrayna müharibəsi olmamalıydı, hətta olsaydı da belə tezliklə dayandırılmalıydı"-deyə polkovnik bildirib.

Rusiya prezidenti NATO-nun genişləndirilməsi məsələsinə münasibət bildirərkən qeyd edib ki, Rusiya vaxtı ilə Şimali Atlantika Blokuna qoşulmaq məsələsini qaldırıb, lakin alyans Moskvanın bloka qoşulması məsələsini müzakirə etmək əvəzinə, Ukrayna və Gürcüstanı alyansa qoşulmağa dəvət edərək, Rusiya sərhədlərinə doğru genişlənməyə üstünlük verdi.

Rusiya prezidenti müsahibə zamanı bildirib ki, Ukrayna məsələsinin danışıqlar yolu ilə həll olunmasına çalışıb. Hətta İstambulda atəşin dayandırılması ilə bağlı razılaşma da əldə olunmişdu. Lakin ABŞ-ın təyziqiylə bu razılaşma pozuldu.

Noyabr ayında keçiriləcək prezident seçkilərində ABŞ prezidentliyinə namizəd Robert Kennedi hesab edir ki, jurnalist Taker Karlson yalnız peşə fəaliyyətini yerinə yetirdiyinə görə, uzun illər tənqid və təyziqlərə məruz qalıb: "İndi Demokratlar zəhmətlərinin bəhrəsini dərirlər".

Avopa parlamentinin deputatı, Belçikanın keçmiş baş naziri Qay Verxofctadt isə bu müsahibəyə fikir bildirərkən deyib ki, "Karlson - Putinin ruporudur və Birləşmiş Ştatların düşmənidir. Nə az, nə də çox".

Daim demokratiya, söz azadlığı, insan haqları və hüquqları barədə bar-bar bağıran Qərb və beynəlxalq qurumlar, artıq bu müsahibəyə görə, jurnalist Taker Karlsonun Avropa İttifaqı dövlətlərinə girişinə qadağa qoymaq barədə çağrışlar edirlər.

Yəqin ki, bu müsahibə ilə bağlı "son sözü" Vaşinqtonun beynəlxalq arenada ruporu sayılan BMT deyəcək.

QOSHE - Putinin müsahibəsi bomba effekti yaratdı - Rüstəm Hacıyev yazır - Rüstəm Haciyev
menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Putinin müsahibəsi bomba effekti yaratdı - Rüstəm Hacıyev yazır

14 4
09.02.2024

Rusiya Federasiyasının prezidenti Vladimir Putinin amerikan jurnalisti Taker Karlsona verdiyi müsahibə dünya çapında böyük rezonans doğurub.

Keçmiş amerikan kəşfiyatçısı Skott Ritter X sosial şəbəkəsində yazır ki, bu müsahibə insanlığın xilas olunmasında vacib addım ola bilər. Eks-kəşfiyyatçı inanır ki, təqdim olunan müsahibə Vaşinqton və Moskva arasında münasibətlərin yaxşılaşdırılmasında yol xəritəsi ola bilər.

ABŞ hərbi qüvvələrinin istefada olan polkovniki Erl Rasmussen qeyd edir ki, Qərbin senzurası amerkanlılara alternativ məlumatlar almağa mane olur. Ona görə də, ABŞ-ın əksər vətəndaşları........

© Ədalət


Get it on Google Play