We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Faiq QİSMƏTOĞLU: YOVŞAN ƏTRİ

3 0 0
12.01.2018

… Bir payız günü. Ağacların yarpaqları saralıb. Və bu saralan yarpaqlar budaqlardan tökülməyə başlayıb. Onda ölkəmizdə vəziyyət bir qədər də ağır idi. Düzdü, hələ əksər torpaqlarımız işğal olunmamışdı. Ancaq işğal olunmayan rayonlarımızın, kəndlərimizin başının üstündə qara buludlar dolanırdı. Və bu qara buludları qovmaq, uzaqlaşdırmaq o qədər də asan deyildi…


… 1991-ci ilin oktyabrın 15-di. Bir çox müxbirlər kimi bizi də Müdafiə Nazirliyinin Bakıdakı binasına dəvət ediblər. Bir neçə dəqiqədən sonra polkovnik Vaqif Cəfərov (bilmirəm o indi sağdı, ya yox) həyətə çıxır və biz jurnalistlərlə salamlaşır. Az.TV-nin çəkiliş qrupu və eləcə də iki aparıcısı həmin anları lentə alır. Onlardan biri Çingiz Sultansoydur, digərinin adını, çox təəssüf ki, unutmuşam.


Biz Müdafiə Nazirliyinin təşəbbüsüylə 6 rayona: Füzuliyə, Cəbrayıla, Qubadlıya, Laçına, Ağdama və Ağdərəyə yola düşməliyik. Briqadanın tərkibində musiqiçilər, müğənnilər də var. Xüsusən də tanınmış xanəndə Sabir Abdullayevi görəndə ürəyim dağa dönür. Çünki birinci dəfə idi ki, bu böyük sənətkarla tanış oluram… və birinci dəfə idi ki, canlı olaraq onun qavalına baxıram… və birinci dəfə idi ki, bu bal kimi şirin səsi olan xanəndənin üzbəüz səsini eşidəcəkdim…


… Bir neçə dəqiqədən sonra polkovnik Vaqif Cəfərov başda olmaqla bizim hamımız avtobusun salonuna daxil oluruq. Çox maraqlıydı ki, səfərimiz heç də Füzulidən başlamadı. Yəni birbaşa biz həmin gün Laçına getdik. Qızartı yüksəkliyinə qalxdıq. Laçının Güləbird istiqamətində bir neçə hərbi hissədə olduq. Daha doğrusu, buna hərbi hissə də demək olmazdı. Birbaşa cəbhə xəttində və səngərdə döyüşən, vuruşan əsgərlərimizlə görüşdük. Payız havası olduğuna görə, Laçının dağlarında çox soyuq idi. Düzdü, yola düşəndə bizə Müdafiə Nazirliyindən hərbi paltar, qalın gödəkçə və isti uzunboğaz ayaqqabı vermişdilər və onların hər birini əynimizə geyinmişdik. Laçının dağlarında hiss etdim ki, üşüyürəm. Amma bir balaca gəzişəndən, əllərimi ovuşdurandan sonra qızındım…


… Polkovnik Vaqif Cəfərov dedi ki, bu axşam pozisiyada qalacağıq. Ona görə də gərək siz jurnalistlər buna alışasınız. Sözün düzü, mən əvvəllər də ön xətdə - səngərdə olmuşdum. Amma budəfəki kimi günlərlə səngərdə qalmamışdım. Əsgərlərimiz çadırdan düzəldilmiş xüsusi yerdə gecələyirdilər.........

© Ədalət