We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Faiq QİSMƏTOĞLU : SERTİFİKAT OYUNU

2 0 0
14.06.2018

… Bu sertifikat ki, var, çox qəliz, həm də qaranlıq bir şeydi. O qaranlıq ki, bir sertifikatla heç də hər hansı işin üstünə işıq salmaq mümkün deyil. İşıq sala bilər ha, amma işıq salanda görürsən ki, sertifikat almış məhsul heç də orda yazılanda olduğu kimi keyfiyyətli deyil: nə dadı var, nə də tamı! Amma noolsun, istənilən məhsula iki daşın arasında sertifikat düzəldirlər və o sertifikat da lap daşdan keçər. Kimin ağzı nədi ki, sertifikat olandan sonra ona bir söz desin. Yəni desin ki, bu məhsul keyfiyyətsizdi. O sözü deyənin sertifikat verənlər ağzını cırıb qoyarlar qulağının dibinə və qalar ağızsız…

… Bir ara da dedilər ki, balam, Tiflisdə çox yaxşı bir şey var. Yəni kimin dədə-babası bəy olubsa, gedib ordan arxivdən çıxarda bilər. Səhv eləmirəmsə, bizimkilər də burda bir «Əsilzadə» Cəmiyyəti yaratdılar. Və o «Əsilzadə» Cəmiyyəti də kim ona görüm-baxım eləyirdisə, bığını yağlayırdısa, bir arayış verirdi ki, bəs filankəsin babası bəy olub. Və bu adam da bəy nəslindədi. Hansı ki, sovet hökumətinin kəshakəs vaxtında bu arayışı alanlar tərcümeyi-hallarında yazırdılar ki, ataları, babaları fəhlə-kəndli nəslindəndi. İndi o hökumət dağılıb gedəndən sonra bax, beləcə arxivlərdən kimlər isə sənəd çıxartdırır, babalarının bəy olması ilə yerə-göyə sığmırlar…

… Təkcə var-dövlət bəyliklə ölçülmür. Ola bilər o bəyin varı, dövləti, ilxısı, torpağı çox olub. Bəylik dədə-babadan bizim millətdə mərdliyiylə, qüruruyla, səxavətilə ölçülüb. Necə ki, «Yeddi oğul istərəm»də Gəray bəy var, «Axırıncı aşırım»da Kərbəlayi obrazı yaradılıb, «Dəli Kür»də Cahandar ağanı görürük, bax, onların xarakteri, qüruru, mərdliyi və şəxsiyyəti bəylikdən xəbər verir. Gəray bəy son nəfəsində də Sovet hökumətinə əyilmir və əsl bəy kimi komsomol gülləsilə deyil, başına sıxdığı öz gülləsilə həyatına son qoyur. Halal olsun, həm İsmayıl Şıxlıya, həm Fərman Kərimzadəyə, həm də Yusif Səmədoğluna! Ki Sovet hökumətinin kəshakəs vaxtında, bütün senzuraların sərt qadağaları məqamında belə bəy obrazını ssenariləşdirə və........

© Ədalət