We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Faiq QİSMƏTOĞLU: MÜŞFİQSİZ GÜNLƏR

0 0 0
11.07.2018

… Bu yazı yeddi gündən sonra qələmə alınmalıydı. Çünki yeddi gündən sonra xalq şairi Cabir Novruzun oğlu Müşfiq Cabiroğlunun dünyasını dəyişməsinin 40 günü tamam olur. Heç özüm də bilmirəm niyə bu yazını yeddi gün əvvəl qələmə aldım. Deyəsən mənim də ürəyim şıltaqlıq eləyir, sözümə baxmır. Elə bu şıltaqlığa, bu dəcəlliyə görə də ürəyimə etibar eləməyib uzun müddət dostluq elədiyim Müşfiq Cabiroğlu barəsində qəlbimdən keçənləri bir daha yazıya çevirdim.


Onun bacanağı, böyük bəstəkar Oqtay Kazıminin oğlu, polis polkovniki Elçinlə Müşfiqin ölümündən sonra tez-tez əlaqə saxlayırıq. Və bir gün də zəng eləyib mənə dedi ki, cümə axşamı vaxtın olsa gəl gedək Müşfiqgilə. Onsuz da mən hər cümə onlarda oluram. Danışdığımız kimi də razılaşdıq. Və bir cümə axşamı onların Nərimanov heykəlinin yanındakı mənzillərinə getdik. Liftlə 3-cü mərtəbəyə qalxdıq. Elçin dedi ki, qapı açıqdı, döyməyə ehtiyac yoxdu. Aydındır ki, yas düşən evin qapısı həmişə açıq olar. Və biz qapını açıb içəri keçdik. Otaqda Müşfiqin həyat yoldaşı Gültəkin xanımı, onun bacısı Gülçini, Gültəkinin dayısı Hacı Güloğlanı və eləcə də Müşfiqin qızı Səfuranı, oğlu Rəsulu gördük. Mən onların yaxşı günündə iştirak eləmişdim. Amma bu dəfə ağır anlarında qapılarını açıb içəri girirdim. Heç bir şey deyə bilmədim. Gözlərim doldu və istəmədim göz yaşlarımı onun doğmaları görsün. Ancaq mən istəsəm də, istəməsəm də onlar bunu gördülər, hiss etdilər və onların........

© Ədalət