We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Faiq QİSMƏTOĞLU: ÇİÇƏKLƏR DOĞULUR BU YAZ GECƏSİ...

3 0 0
friday

... Dünyada çiçəkdən zərif, çiçəkdən incə və çiçəkdən ətirli heç bir gözəllik yoxdu. Çiçəkləri təkcə sevmirlər, onları həm də sevə-sevə qoruyur, qoruya-qoruya da sevirlər. Çiçəklərin üstünə bal arıları qonur və onun ləçəklərindən şirə çəkirlər. Çiçəklər sanki dünyanın ən gözəl və ən ətirli varlığı olaraq həmişə insanların dünyasına bir sevgi, bir məhəbbət gətirib...

... Tez-tez yuxuma dağlar girir və dağların qoynundakı çiçəkləri girir. Xüsusən də itburnu çiçəyi ən çox sevdiyim çiçəklərdəndi. Bəhmənlinin qışı da gözəl olur, yazı da. Çünki Bakıda görmədiyimiz, ətrini duymadığımız çiçəklərin ətrini Bəhmənlidə - ata yurdundakı bağda alma, alça, gavalı, ərik, itburnu ağaclarında duyuram. Və bir də bizim həyətdə itburnu çiçəyi də var. O qədər ətirli, o qədər gözəldir ki, adam iylədikcə bir də iyləmək istəyir. Və bu çiçəyi iylədikcə özünü cənnətdə hiss eləyirsən. Qəlbinə, ciyərinə cənnətin qoxusu dolur...

...Yaz elə bir gözəllikdir ki, onu heç bir fəsil əvəz eləyə bilməz. Yazın rəngi nə qırmızıdı, nə yaşıldı, nə qəhvəyidi, nə də ağdı... Və hər gələn yazın min rəngi, min çaları və min də koloriti var. Yaz gələndə təkcə bizi qoynuna alacaq və əbədi layla çalacaq torpaq oyanmır. Yaz gələndə insanların qara bəxtləri, kədərləri və hətta dərdləri də gül açır. Və bu dərddən, qəmdən çox sevincə, fərəhə, işığa dönür. İşığa dönən və qəlbə süzülən sevinc isə insanın qəlbində, ürəyində günəş is........

© Ədalət