We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

YÜK - Fəridə RƏHİMLİ yazır

4 0 0
friday

(Həyat hekayələri)

Qadın əlindəki iki ağır çanta ilə tələsik gedirdi. Axşamçağı hər kəs işdən evə tələsdiyindən yollar tıxac idi. "20 Yanvar” metrosu ətrafında insan və maşın sıxlığından tərpənmək mümkün deyildi. Təmiz hava çatışmazlığından adam boğulurdu. Qadın isə bunların heç birinin fərqində deyildi, fikri ancaq evə tez çatmaq idi. Bu gün Yasamal ərazisindəki yarmarkaya "axşam bazarı”na getdiyindən evə gecikmişdi. Tərslikdən nəşriyyatdakı təmir işləri onun işini bir az da çətinləşdirmişdi. Sabah təmizləsə də, axşam ustalar yenidən otaqları baxılmaz hala gətirmişdilər. Xadimə işlədiyi qəzet-jurnalların işçiləri sabah işə gələndə otaqları təmiz görməli idilər. Onun buna vaxtı, imkanı, istəyi, həvəsi varmı-yoxmu, kimsəyə maraqlı deyildi, tələb edəcəkdilər, danlayacaqdılar, o isə susmağa məcburdu...

İşdən çıxanda isə 96 nömrəli avtobus marşrutundan düşüb birbaşa Respublika Klinik xəstəxanasının yaxınlığında yerləşən yarmarkaya üz tutmuşdu. Həftədə iki gün fəaliyyət göstərən yarmarkaya bu gün getməsəydi, başqa yerdən meyvə-tərəvəzi baha qiymətə almalı olacaqdı.

Qiymətləri aşağı salmağa nail olduğundan çok məmnun halda bazar çantalarını doldursa da, daşımaq çətin idi. Bütün gün əyilib süpürdüyündən beli ağrıyırdı, sümüklərinin sızıltısından, əzələlərinin ağrısından hər addımdan bir çantaları yerə qoyurdu, sonra nəsə fikirləşib var gücünü toplayaraq yeriməyə başladı. Ağırlıqdan barmaqları göyərib qançır olmuşdu.

Dayanacağa isə hələ çox qalırdı. Bu vaxt telefonu zəng çaldı. "Azərsu”nun baş idarəsinə tərəf olan yolu tıxacdan güclə keçdi, telefonsa susmurdu. Gün ərzində........

© Ədalət