We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

ACLIQ

3 0 10
14.06.2018

Dövlətimiz dünyəvi dövlət olsa da, İslam dini inanclarının daşıyıcıları əksəriyyət təşkil etdiyi üçün dini dövlət də sayıla bilər. Yəni, bu rəsmi şəkildə belə qeyd olunmasa da, dünyəvilik, tolerantlıq, beynəlmiləlçilik qabardılsa da, əslində Azərbaycanın islam ölkəsi olduğuna şübhə ola bilməz. Çünki, əhalinin çox hissəsi dini inanclara riayət edir və kimdən dini mənsubiyyətini soruşsan, - Əlhəmdüllillah, müsəlmanam! - deyir.


Əslində necə müsəlmanıq? Dinimiz insanlarımız arasında necə təbliğ olunur? Çoxlarının düşündüyü kimi müsəlman doğulmuşuqsa, müsəlman sayıla bilərikmi? Bir məşhur deyim var: Şərqdə İslam var, müsəlman yoxdur, Qərbdə müsəlman var, İslam yoxdur. Bu ifadəyə etirazlar oluna bilər, yanlış adlandırmaq da olar, amma bunu öz anladığım mənada belə izah edərdim ki, qərbli xristian İslamı dərindən oxuyub öyrənir, bu dinin gözəlliklərinə valeh olur, şərtlərini dərindən öyrənir, sonra islamı qəbul edir və əsl müsəlman olduğuna heç bir şübhə yeri qalmır. Bir də var doğulduğun ailə müsəlman ailəsidir deyə özünü müsəlman hesab edəsən və heç bir dini qaydalara əməl etmədən yaşayasan...


İki Quran ayəsini əzbərləyib məclislərdə "mollalıq” etmək adət halını alıb. Heç bir dini təhsili olmadan, dini biliklərə yiyələnmədən məclislərdə qadınları "ağladan” vəzifəsini yerinə yetirən bəziləri sonradan bir neçə ərəbcə sözlər, bir neçə surə, ayə əzbərləyib, rahatlıqla yas məclislərini idarə etməyə başlayırlar. Hətta hissə qapılaraq özlərini o qədər dinili-imanlı hesab edirlər ki, məclisdəki qadınların üstünə qışqıraraq, başını bağlamasını, söylədiyi nohələrə, ilahilərə qoşulmasını, "aktiv olmasını” tələb etməkdən də çəkinmirlər. Vay o gündən ki, məclisdə həqiqətən dini təhsili olan........

© Ədalət