We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

ƏLÇATMAZ ARZU

4 0 2
12.01.2018

Allah insanı tək yaratdı. Baxdı ki, tək darıxır insan, ikinci bir insanı da yaratdı. Amma bir az fərqli, bir az birincidən zəif, bir az ondan gözəl, incə, biz az ondan cazibədar, bir az ondan zərif yaratdı. Birini o birinə möhtac yaratdı, biri o birindən ayrı qalmaz vəziyyətdə yaratdı və bir-birindən ayrı yaşaya bilmədilər o gündən.Darıxdılar, göz yaşı tökdülər ayrılıqları zamanı. Anlaşılmaz bir hiss aldı içlərini. Əvvəllər adını bilmədilər bu hissin. Sevgi, həsrət, hicran, vüsal kimi sözdən xəbərləri yoxdu hələ. Ölüm haqqında məlumatları yoxdu. Ölümdən betər olan ayrılığı həyatın ən çəkilməz dərdi sayırdılar...

Hər şey rahat, mənalı, quşlar, heyvanlar, güllər, çiçəklər, çaylar, şəlalələr onların ixtiyarında idi. Dünya qovulduqları Cənnətdən o qədər də fərqlənmirdi...

Onların cütlüyündən insanlar törədi, artdı. Artdıqca da dəyişdi, bir-birindən fərqləndi, ikiləşdi - yaxşıya, pisə bölündü. Bir ata-ananın övladları bir-birinə düşmən kəsildi. Biri o birini öldürdü. Sevgi, gözəllik sözünün yanında paxıllıq, həsəd, hərislik də peyda olmağa başladı. İnsan çoxaldıqca problemi də çoxaldı, yaşamaq daha da çətinləşdi. Və bu çətinliyi bir-birinə yaşadan da insan özü oldu. Açıq ürəklilik, mehribanlıq, sadəlik şəraitində rahat yaşamaq varkən bir-birinə zəhər etdi dünyanı insan. Hər dəfə də bir-birini suçladı, bir-birini qınadı.

Çox keçdi o zamanlardan. İnsan dəyişmədi, daha da çirkinləşdi........

© Ədalət