We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Əbülfət MƏDƏTOĞLU: NAXÇIVANDA AÇDIĞIM SƏHƏR - ALTINCI YAZI

4 0 21
14.06.2018

Bayırda nəfəs dərmədən ələnən gürşadın səsi «Gənclik» kafesinin içərisində də eşidilir. Səhərin ilk müştərisi olduğumdan kafenin işçiləri demək olar ki, hamısı diqqətlərini mənə yönəldiblər. Hiss ediblər ki, qəribəm. Dilli-dilavər bir oğlan yaxınlaşır mənə. Tanış oluruq. Adı Zakirdi. Bu kafedə yenicə başlayıb işləməyə. Deyəsən adminstratordu. Onun səmimiyyəti, ümumiyyətlə bu kafenin içərisindəki aura diqqətçəkəndi. Mən də bundan istifadə edib ərklə deyirəm:


- Naxçıvan nemətləriylə bir səhər yeməyi keçir könlümdən.


Bu təklifimi Zakir də səmimi qarşılayır. «Heç bir problem yoxdu»- deyir. Süfrəyə pendir, çay gəlir öncə. Əlavə nə sifariş edəcəyimi soruşurlar. Bəs edər» deyirəm. Və Zakirlə söhbət zamanı öyrənirəm ki, mətbuatla, televiziya ilə bağlı gənclərdəndi. Üstəlik, qardaşı da torpaqlarımızın qorunması uğrunda döyüşlərdə qəhrəmanlıq göstərənlərdən, səngərdə düşmənə «dərs» verənlərdəndi. Elə bu söhbət zamanı mobil telefonuma zəng gəlir. Artıq dostlar məni axtarmağa başlayıblar. İlk zəng Hüseyn Əsgərovdandı. Salamlaşırıq. Harada olduğumu soruşur. Otelin yaxınlığında olduğumu söyləyirəm. O da otelin digər bir istiqamətində dayandığını vurğulayır. Dərhal səhər yeməyinin haqq-hesabını verib Hüseynin dayandığı yerə tərəf yönəlirəm. Bəli, bu da xeyli vaxtdı ki, görüşmədiyim dəyərli həmkarım, dostum, gözəl yazıçı-publisist, həm də şuxluğu ilə həmişə məndə və dostlarımda xoş ovqat yaradan Hüseyn Əsgərov! Görüşürük, hal-əhval tuturuq. Yenə özünəməxsus aurasında olan Hüseyn qardaşım məni bir balaca danlayır və oruc tutduğu üçün birlikdə çox ola bilmədiyimizə görə üzrxahlıq edir. Bir-birimizin yazı-pozusu ilə maraqlanırıq. Hüseyn yenicə işıq üzü görmüş kitablarını mənə bağışlayır və bir də həyətinin ilk nübarı olan meyvələrdən nəvələrim üçün hazırladığı payı göstərib deyir:


- Bunu uşaqlara çatdır. İnşallah, özləri gəlib paylarını burda dərib doyunca yeyərlər…


Açığını deyim ki, bu diqqət könlümü bir az da yuxaldır. Hiss edirəm ki, sayğı, münasibət öz təsirini göstərir. Burada məsələ heç də hansısa bir payı, hədiyyəni qəbul etməkdən getmir. Və təbii ki, Naxçıvana səfərimdə məqsəd nə bu paydı, nə də hədiyyə. Amma diqqət tamam fərqli bir şeydi. Bunun üçün Hüseyn qardaşıma bir daha təşəkkür edirəm. O, işə tələsir. Mən isə onun gətirdiyi payı dostlardan birinin maşınına yerləşdirib Naxçıvanın nə vaxtdan........

© Ədalət