We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Əbülfət MƏDƏTOĞLU: NAXÇIVANDA AÇDIĞIM SƏHƏR - DÖRDÜNCÜ YAZI

3 0 8
12.06.2018

İbrahim Yusifoğlunu təkcə Naxçıvanda yox, eləcə də Azərbaycanın ədəbi camiəsində yaxşı tanıyırlar. Onun şeirləri həm ölkə mətbuatında, həm qardaş Türkiyənin nəşrlərində kifayət qədər yayımlanıbdı. «Ədalət» qəzeti olaraq biz də İbrahim Yusifoğlunun şeirlərini zaman-zaman oxucularımıza təqdim etmişik, kitabları barəsində məlumatlar çatdırmışıq. Və elə burda onu da vurğulayım ki, İbrahim müəllim həm də Azərbaycan yazıçıları arasında uşaqlar üçün yazan müəllif kimi də xüsusilə seçilir. Və bu seçim özü də İbrahim Yusifoğlunun pedaqoq kimi uşaq dünyasına bələdçiliyinin bir ifadəsidir. Onun şeirlərində təkcə uşaqları oxşamaq, ovutmaq yox, həm də inandırmaq, güvənli etmək, inamlı etmək prinsipi xüsusilə qabarıq şəkildə nəzərə çarpır…

Bəli, biz İbrahim müəllimin çalışdığı Şərur Təhsil Şöbəsinin önündən ona, gəldiyimizi telefonla bildirəndən sonra o dəral iş otağından həyətə çıxdı. Onun gəlişinə qədər isə mən bu binanın ətrafını gözdən keçirmişdim. Bir-birinə sarmaşmış gülləri, çiçəkləri, səliqə-səhmanı yaddaşıma köçürmüşdüm. Təbii ki, rayon ziyalılarının, pedaqoji işçilərin yaxşı tanıdığı, Ali Məclisin deputatı Asim Yadigarla şair Əbülfəz Ülvinin yanlarında olmağım işimi xeyli asanlaşdırmışdı. Təhsil şöbəsinin önündə onlarla görüşən işçilər artıq mənim, yəni qonağın da kimliyindən xəbər tutmuşdular, «xoş gəldin» eləmişdilər. Bax, bu məqamda İbrahim Yusifoğlu özünü bizə çatdırdı. Doğrusunu deyim ki, sonuncu dəfə Novruz öncəsi görüşdüyüm, özü də Bakıda həmsöhbət olduğum redaksiyamızda yeni yazı-pozulardan danışdığımız İbrahim müəllimlə görüşüm mənim üçün yaddaqalan və unudulmaz bir tarixə çevrildi. Çünki illərdən bəri onu öz elində, obasında ziyarət etmək arzum çin olmuşdu. Mülayim təbiəti, şirin söz-söhbəti və üzügülərliyi ilə məni həmişə özünə çəkən İbrahim müəllim sözarası vurğuladı:

- Hə, qardaş, axır ki, vədinə əməl etdin, gəlib çıxdın Şərura!

Təkrar bir-birimizin əlini sıxdıq. Bu həm də mənim tərəfimdən bir üzrxahlıq idi. Çünki bundan öncəki səfərimdə İbrahim müəllimi nigaran qoymuşdum. Ona söz verib əməl edə bilməmişdim. Zaman darlığından həmin vaxt Şəruru ziyarət etmək mənə nəsib olmamışdı. İndi isə Şərurdayam. Özü də dostların, könlümə, ruhuma doğma olanların arasında!..

İbrahim müəllimin dəvətilə Təhsil Şöbəsinin müdirinin otağına........

© Ədalət